Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:33

Dövlət Bayrağı Meydanında 30 nəfər daimi işlə təmin edildi


Dövlət Bayrağı Meydanının açılış mərasimi, 1 sentyabr 2010

Dövlət Bayrağı Meydanının açılış mərasimi, 1 sentyabr 2010


Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı fərmanla Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin əsasnaməsi və işçilərinin sayı təsdiq edilib. Fərmana görə bu idarədə 30 nəfər çalışacaq.

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi dövlət büdcəsinin vəsaiti, həmçinin xidmətlər göstərilməsindən və işlərin görülməsindən əldə edilən pul hesabına çalışacaq.

Keçən il istifadəyə verilən bu bayraq meydanının tikintisi təxminən 20 milyon manata başa gəlib.

Dünyanın ən hündür bayraq dirəyi hesab edilən bu dirəkdə güclü külək əsəndə endirmək və tez-tez yenisi ilə əvəz etmək lazım gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG