Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:30

Yəmən prezidenti ərəb ölkələrinin istefa təklifini rədd edir


Aprelin 8-də Yəməndə minlərlə adam cümə namazından sonra prezident Ali
Abdullah Salehin istefası tələbilə küçələrə axışıb. Bu gün həm də Salehin 100 min nəfərə yaxın tərəfdarının ölkənin müxtəlif yerlərindən paytaxt Sanaaya yürüşü nəzərdə tutulur.

Aprelin 8-də prezident Saleh Körfəz Əməkdaşlıq Şurasının da istefa vermək təklifini rədd edib. Şura Salehi istefa verib səlahiyyətlərini vitse-prezident Abdu Rabo Mansoura ötürməyi təklif edirdi.

Artıq iki aydır ki, Yəməndə prezident Salehin 32 illik hakimiyyətinə son qoyulması tələbilə etiraz askiyaları keçirilir. İndiyə qədər toqquşmalarda 100-dən çox adam həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG