Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:07

Səfir Brayza deputatların fikirinə münasibət bildirdi


ABŞ-ın Azərbaycandakı Səfiri Mathew Brayza parlamentin aprelin 8-dəki iclasında bəzi deputatların səsləndirdiyi fikirlərə münasibətini bildirib.

Səfir deyib: «Mənim üçün bir diplomat kimi sülhə nail olmaqdan daha vacib heç bir məqsəd yoxdur.

Mənim karyeramın ən dəyərli cəhəti Cənubi Qafqazda sülhə nail olmağa kömək etmək üçün göstərdiyim səylər olmuşdur. Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin bitərəf vasitəçisi kimi güclü nüfuza malikdir.

Mən Minsk Qrupunun həmsədiri qismində göstərdiyimiz fəaliyyətlərlə çox fəxr edirəm.

Tərəflərin hər birinin qarşı tərəfin təxribatçı hesab etdiyi addımlardan çəkindiyi bir vaxtda, biz mülki təyyarələrin planlaşdırılan üçüşları ətrafinda yaranmış vəziyyətdəki gərginliyin azalmasını görməkdən məmnunuq.

Bu cür düşüncəli davranış münaqişənin bizim nail olmaq istədiyimiz sülh və danışıqlar yolu ilə nizamlanma perspektivlərini yalnız irəli apara bilər»- deyə səfir bildirib.

Bu gün Milli Məclisin (MM) iclasında bəzi deputatlar Azərbaycanın işğal altında olan Xankəndi şəhərində aeroportun açılması və ora aviareyslərin təşkil olunması məsələsinə münasibət bildiriblər.
XS
SM
MD
LG