Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:02

















(Bənzətmə)

Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan?

İsmətim, namusum, irzim, qeyrətim, qanımmısan?

Hörmətim, fəxrim, cəlalım, şövkətim, şanımmısan?

Müshəfim, Məkkəm, Mədinəm, qibləm, ərkanımmısan?

Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?



Keçdi ömrüm şüğli-təhsilinlə mövqufı-məlal,

Dərdə düşdüm, bəstəri-həsrətdə qaldım xəstə-hal,

Səndədir könlüm yenə etsəm cahandan irtihal,

Sən mənim ömrüm, həyatım, cövhərim, canımmısan?

Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?



Ah, zalım, ah kim, oldum yolunda can fəda,

Bir doyunca qıymadım səndən alam zövqü səfa,

İndi varislər hücumavər olub yeksər sana,

Varisin, yaxud mənim mali-cibişdanımmısan?

Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?



Eyləməz varislərim mən tək səni sənduqə dərc,

Hər biri eylər səni bir növ ilə min yerdə xərc,

Restoranlarda, klublarda olarsan hərcü mərc,

Hər yetən çeynər səni, bilməm ətim, qanımmısan?

Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?



Sevdiyim, bundan belə hini-zəvalındır sənin,

İşbu vəch ilə könül cayi-məlalındır sənin,

Xatırım, qəlbim, sərim vəqfi-xəyalındır sənin,

Sən məni məftun edən nazəndə cananımmısan?

Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?



Səndən əl çəkməzdim olsaydı əlimdə iqtidar,

Lakin icbarən əcəl eylər məni səndən kənar,

Canım ağzımdan çıxınca söylərəm biixtiyar:

Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan?

Məzhəbim, dinimmi, ayinimmi, imanmmısan?

Günün bütün mövzuları

XS
SM
MD
LG