Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:23

Mirzə Ələkbər Sabir. Giley, yaxud umu-küsü















Get-gedə, "Zənbur" ağa, sən də çaşırsan deyəsən?!
Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?!

Sən düz adəmsən əgər səndə bu tədbir nədir?
Jurnala çəkdiyin ol çalmalı təsvir nədir?
Qollarından sarılan kimdir, о zəncir nədir?
Dinmədikcə sənə sərhəddən aşırsan deyəsən?!
Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?!

Nədir ol həlqeyi-zəncirdə bir para süvər?
Kimləri göstəriyor halqa dərunindəkilər?
Şəkli-islama gülən kimdir о ifritsiyər?
Sən bu rəftar ilə bizdən uzaşırsan deyəsən?!
Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?!

Açmağa bir para əsrarı edib səyü təlaş,
Çalışırsan ki, bizə təng ola ta rahi-məaş?
Bu qədər etmə cəsarət, özünü gözlə, yavaş!
Dəymədikcə kefinə lovğalaşırsan deyəsən?!
Adətə, ürfə, rüsumə sataşırsan deyəsən?!

Sən bu şəkl ilə bütün xalqı oyatdın da deyək,
Bizi mənfur eləyib bir yana qatdın da deyək,
Sənə nə xeyr olacaq bizləri atdın da deyək?
Boş yerə boylə bizimlə dalaşırsan deyəsən?!
Adətə, ürfə, rüsumə sataşırsan deyəsən?!

Məzhəkə jurnalın əvvəl bizə, ibrətdi, dedin,
Bir para şəxsə sataşdın, bu nəsihətdi, dedin,
Bizi qatdın işə, bir növ zərafətdi, dedin,
İndi amma dəxi ciddən savaşırsan deyəsən?!
Adətə, ürfə, rüsumə sataşırsan deyəsən?!

Şəxsi-islamın əgər biz qolunu bağlamışıq --
Nə günah eyləmişik? Millət üçün ağlamışıq....
Hifz edib məzhəbi, şeytanı yaxıb, dağlamışıq.
Bizi gördükdə müqəssir dolaşırsan deyəsən?!
Adətə, ürfə, rüsumə sataşırsan deyəsən?!

Biz əgər olmasaq, islama nigəhban kim olar?
Beş gün ötməz ki, bu bağın gülü reyhanı solar,
İxtiraati-şəniə bütün islama dolar,
Leyk sən anlamayıb işdə çaşırsan deyəsən?!
Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?!

Asta-asta dəbərib qurdalaşırsan deyəsən?!
Bəzi əfsanəçilərlə yanaşırsan deyəsən?!
Büsbütün məfsədələrlə bulaşırsan deyəsən?!
Ay balam, eybini qan!
Bir həya eylə, utan!
Yoxsa təkfir edərik
Lapca risva olasan!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG