Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:43

«NATO üzr istəməyəcək»


NATO üsyançıların tankına hava zərbəsi endirdiyinə görə, üzr istəməkdən imtina edib, bunu quruda gedən əməliyyatların «son dərəcə sürətlə dəyişməsi» ilə izah edib.

Aprelin 7-də NATO qüvvələri səhvən Breqa şəhərində üsyançıların tankını vurub, azı 2 üsyançı ölüb.

Bu gün Brüsseldə mətbuat konfransında NATO rəsmisi Russell Harding üsyançıların tanklardan istifadə etdikləri barədə onlarda məlumat olmadığını deyib. Quruda vəziyyət «son dərəcə sürətlə dəyişdiyindən NATO üzr istəməyəcək» deyə əlavə edib.

Bu arada Liviya üsyançıları Türkiyənin atəşkəslə bağlı yol planını alqışlayıb. Ancaq üsyançılar ölkə lideri Müəmmar Qəddafi və ailə üzvlərinin ölkəni tərk edəcəyi təqdirdə planı qəbul edəcəklərini bildirirlər.

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Qəddafiyə yaxın qüvvələri tutulmuş şəhərlədən çıxmağa, humanitar dəhliz yaratmağa və geniş demokratik islahatlar keçirməyə çağırıb.

Ərdoğan bu tədbirlərin gələn həftə Qətərdə müzakirə olunacağını qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG