Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:52

Müsavatın qərargahı qarşısında aksiya olub


Müsavat Partiyasının qərargahı

Müsavat Partiyasının qərargahı

Aprelin 8-də bir qrup gənc Müsavat Partiyasının qərargahı qarşısında aksiya keçirib.

Gənclər İctimai Palatanın 2 aprel aksiyasını pisləyərək «Dağlıq Qarabağ gəncləri Əli Kərimli və İsa Qəmbərin hərəkətlərinə yox deyir!» və s. şüarlar səsləndiriblər.

Müsavat başqanının müavini Gülağa Aslanlı AzadlıqRadiosuna deyib ki, aksiyaçılar partiya qarşısına toplaşan kimi bu barədə Binəqədi rayon Polis İdarəsinə müraciət ediblər. Polis gənclər aksiyanın qətnaməsini oxuyub qurtarandan sonra gəlib çıxıb. Bundan sonra aksiyaçılar ərazidən uzaqlaşdırılıb.

G. Aslanlı bu aksiyanın da hakimiyyət tərəfindən təşkil olunduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG