Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:51

Liviyada 4 xarici jurnalisti həbs edilib


Liviyanın hökumət qüvvələri daha 4 xarici jurnalisti həbs edib. Bu barədə Amerikanın «The Atlantic» nəşri xəbər verir. Onun məlumatına görə, saxlananların ikisi ABŞ vətəndaşıdır, digərləri İspaniya və Cənubi Afrika Respublikasının müxbirləridir.

Jurnalistlərin həmkarları Human Rights Watch təşkilatının hüquq müdafiəçiləri ilə birgə onların harada olduğunu müəyyənləşdirməyə çalışır.

Bir qədər əvvəl Liviya hökuməti viza müddəti başa çatan 26 jurnalisti Tripolidən çıxardığını bildirib.

Mərkəzi Parisdə yerləşən Sərhədsiz Reportyorlar Təşkilatı hazırda Liviyada yüzə yaxın xarici müxbirin olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG