Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:55

Nazarbayev 4-cü dəfədir prezident andı verir


Aprelin 8-də Qazaxıstanda 4-cü dəfə prezident seçilmiş Nursultan Nazarbayevin andiçmə mərasimi keçiriləcək.

Mərasimdən dərhal sonra Nazirlər Kabinetinin toplantısı olacaq. Ölkə qanunvericiliyinə görə, prezident səlahiyyətlərinin icrasına başlayan kimi hökumət istefa verməlidir.

Nursultan Nazarbayev aprelin 3-də keçirilən prezident seçkilərində seçicilərin 95 faizinin səsini toplayıb. Nazarbayev 4-cü dəfədir Qazaxıstan prezidenti olur.
XS
SM
MD
LG