Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:21

Milli Məclisin növbəti iclası keçiriləcək


Aprelin 8-də Milli Məclisin növbəti iclası keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, iclasın gündəliyinə 3 məsələ daxil edilib.

Deputatlar 2011-ci ilin «Turizm ili» elan olunması ilə əlaqədar ölkəyə gələn turistlərin viza sənədlərinin qeydiyyatının sadələşdirilməsi üçün «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» qanuna dəyişikliklə bağlı qanun layihəsini müzakirə edəcəklər.

Bununla yanaşı, «Miqrasiya orqanında qulluq keçmə haqqında» Əsasnamyə də dəyişikliklər olunacaq.

İclasda «İcbari sığortalar haqqında» qanun layihəsi də ikinci oxunuşda müzakirəyə çıxarılacaq. /Ans-Press/

Günün bütün mövzuları

XS
SM
MD
LG