Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:01
Portuqaliyanın müvəqqəti hökuməti qərara gəlib ki, maliyyə yardımı üçün Avropa Birliyinə müraciət etsin.

Bir neçə ay idi ki, Portuqaliya rəsmiləri reallığı qəbul etməyərək ölkədə ciddi böhran olmadığını və Avropa Birliyindən yardıma ehtiyac olmadığını deyirdilər.

Əhalisi 10,5 milyon nəfər olan Portuqaliya Yunanıstan və İrlandiyadan sonra yardım üçün

Avropa Birliyinə müraciət etmiş üçüncü ölkə oldu

Portuqaliyaya yardım məsələsi Avropa Birliyi maliyyə nazirlərinin Budapeştdə keçirilən görüşündə də əsas mövzulardandır.

İndi Avropa Birliyinin rəsmiləri çalışırlar ki, böhran birliyn böyük ölkələrinə - məsələn İspaniyaya yayılmasın.

"Avrozona rəsmiləri deyir ki, Portuqaliyaya vəziyyətdən çıxmaq üçün yaxın üç ildə Avropa Birliyi və Beynəlxalq Valyuta Fondundan 60-80 milyon avro borc lazım ola bilər".

İspaniyanın özü də iqtisadi sahədə, xüsusən bank sektorunda geniş islahatlara başlayıb ki, dərin böhran təhlükəsindən uzaq olsun.

Portuqaliya hökuməti iki həftə əvvəl istefaya getmişdi.

Baş nazir Xose Sokratesin büdcə kəsirini azaltmaq üçün təklif etdiyi tədbirlər parlamentdə etirazla qarşılanmışdı.

Bundan sonra beynəlxalq agentliklər Portuqaliyanın borc qaytarma imkanları ilə bağlı proqnozlarına düzəliş etmiş və

Bu ölkəyə borc verməyin indi daha çox riskli olduğunu bildirmişdilər

Sokrates iyunun əvvəlinə qədər, yəni yeni seçkilərə qədər vəzifəsinin icrasını davam etdirəcək, keçid hökumətinə rəhbərlik edəcək.

Jose Socrates
Sokrates bir ay qabağacan AB-nin yardımına ehtiyac olmadığını deyidi.

Bundan başqa o parlamentdən keçirə bilmədiyi və ölkədə büdcə xərclərinin azaldılması üçün sərt addımları nəzərdə tutan planında da israr edib.

Həmin plan büdcə təşkilatlarında işləyənlərin maaşının azaldılması və kütləvi ixtisarları nəzərədə tuturdu.

Avrozona rəsmiləri deyir ki, Portuqaliyaya vəziyyətdən çıxmaq üçün yaxın üç ildə Avropa Birliyi və Beynəlxalq Valyuta Fondundan 60-80 milyon avro borc lazım ola bilər.

Amma belə borcların ağır şərtləri olur. Həmin şərtlərlə bağlı danışıqların nə vaxt başlanacağı isə hələ ki bilinmir.

Məsələ burasındadır ki, belə borclar adətən keçid hökumətləri ilə yox, seçkilər yoluyla seçicilərdən tam səlahiyyət almış hökumətlərlə razılaşdırılır.

Portuqaliyada isə seçki iyunda olacaq

Avropa Birıliyinin rəsmiləri Portuqaliyanın müraciətini alqışlayıblar. Onlar hesab edirlər ki, reallığı gizlətməmək daha düzgün yoldur və bu, böhranın başqa avrozona ölkələrinə yayılmaması üçün vacibdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG