Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:35

Natiq Səfərovun tərcümələri ayrıca kitabda


"Qanun" nəşriyyatı daha bir tərcümə kitabı nəşr edib.

Yeni kitabda görkəmli tərcüməçi Natiq Səfərovun dünya ədəbiyyatından çevirmələri toplanıb.

Uilyam Folkner, Con Steynbek, Andrey Platonov, Yasunari Kavabata, Knut Hamsun, Qabriel Qarsia Markesin povest və hekayələrini bu topluda oxumaq olar.

Natiq Səfərov 1943-cü ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub.

Əmək fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində texnik kimi başlayıb. (1966).

Sonra orada kiçik redaktor (1968-1971), redaktor (1968-1979),

"Azərbaycan" jurnalında ədəbi işçi (1979-1980),

böyük redaktor (1980-1984),

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir (1984-1985),

"Yazıçı" nəşriyyatında bədii tərcümə şöbəsinin böyük redaktoru (1985-1989),

Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində şöbə müdiri, orada sədr müavini (1989-1991),

"Qanun" jurnalının baş redaktoru vəzifələrində işləyib (1992-ci ildən).

Natiq Səfərov
Dünya ədəbiyyatından müntəzəm tərcümələr etmiş, İlya İlf və Yevgeni Petrovun "Qızıl dana", Vasili Şukşinin "Qırmızı qalina", Sanbayevin "Ağ arvana", Hrant Matevosyanın "Çəhrayı ilxı", Oljas Süleymanovun "Aziya" əsərlərini, eləcə də Uilyam Folkner və Qabriel Qarsia Markesdən tərcümələri rəğbətlə qarşılanıb.

A.Çxandzenin "Çinari manifesti", J.Z.Anuyun "Medeya", Lev Tolstoyun "Hacı Murad", Redyard Kiplinqin "Öz kefinə gəzən pişik", Vsevolod Vişnevskinin "Nikbin faciə", Aleksandr Vampilovun "Qarğa qarıltısı" pyesləri onun tərcüməsində Azərbaycan teatrlarında tamaşaya qoyulub.

2004-cü il sentyabrın 26-da dünyasını dəyişib.

Günün bütün mövzuları

XS
SM
MD
LG