Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:39
“Beynəlxalq PEN” təşkilatı Diyarbəkir vilayətində özünün kürd bölməsini açmaq istəyir.

Təşəbbüsü Türkiyə PEN, eləcə də tanınmış türkiyəli yazar, bir neçə dəfə Nobel mükafatı üçün namizədliyi irəli sürülmüş kürd əsilli Yaşar Kamal da dəstəkləyirlər.

Kürd PEN-in yaradılması üçün təşəbbüs qrupunun rəhbəri, kürd yazar Şeyhmus Diken “Hürriyyət” qəzetinə müsahibəsində deyib ki, əsas hədəfləri kürd yazıçılarının kürdcə yazması olacaq.

Kürd yazar iddia edir ki, Türkiyə Respublikası yaradılandan bəri dövlətin yürütdüyü ayrı-seçkilik siyasətinə görə əksər kürd əsilli yazarlar, o cümlədən onun özü əsərlərini türkcə yazmağa məcbur olublar.

“Indi onların Türk, yoxsa Kürd yazıçısı olması mübahisəlidir”.

Yəqin ki belə təşəbbüslər indi Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının yürütməyə başladığı "kürd açılımı" siyasətindən həvəslənərək irəli sürülür.

Bu siyasət kürd azlığına daha geniş mədəni hüquqlar verməyi nəzərdə tutur, artıq TRT-də ayrıca kürd kanalı da açılıb.

Qərargahı Londonda olan Beynəlxalq PEN 1921-ci ildə yaradılıb və 102 ölkədə nümayəndəliyi var.

Kürd PEN-lə bağlı son qərar Beynəlxalq PEN-in Baş Assambleyasının sentyabrda Belqradda keçiriləcək yığıncağında veriləcək.
XS
SM
MD
LG