Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:14

Azərbaycan silaha qonşularından 3 dəfə çox pul xərcləyir


BÖHRAN HƏRBİ XƏRCLƏRİ AZALDIR

2010-cu ildə dünyada hərbi xərclər 1.6 trilyon dollardan çox olub.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına görə, hərbi xərclər 1 il əvvəlkiylə müqayisədə 1.3 faiz artıb. Amma bu son 10 ildə ən aşağı göstəricidir.

Çünki, maliyyə böhranı və büdcə ixtisarları siyasəti hərbi sahəyə də təsir edib. Müqayisə üçün, 2001-2009 illər arasında hərbi xərclər hər il 5.1 fazi artırdı.

Dünyanın ən çox hərbi sahəyə pul xərcləyən dövlətləri Cənubi Amerika regionundadır. Burda hərbi münaqişə risklərinin olmamasına baxmayaraq, ötən il hərbi xərclər 5.8 fazi artıb.

Yaxın Şərq ölkələrinin də hərbi xərcləri 2.5 fazi artıb. Xüsusilə də Səudiyyə Ərəbistanının hesabına. Burda silah alınmasına ötən il 111 milyard dollar xərcləyiblər.

Avropada isə əksinə xərclər azalıb, özü də 2.8 faiz.

ABŞ ÇİNDƏN 7 DƏFƏ ÇOX XƏRCLƏYİR

Dünyada ən çox hərbi sahəyə pul ayıran dövlət isə böhrana baxmayaraq, yenə də ABŞ-dır. ABŞ ötən il hərbi sahəyə 700 milyard dollar xərcləyib. Ən yaxın izləyicisi olan Çin isə cəmi 120 milyard dollar.


CƏNUBİ QAFQAZIN XƏRCLƏMƏ LİDERİ - AZƏRBAYCAN

O ki qaldı Cənubi Qafqaz regionuna, hesabata görə, 1991-ci ildə bu yana burda Azərbaycan Ermənistan və Gürcüstana görə silah aınmasına daha çox pul xərcləyir. Özü də əvvəlki illərlə müqayisədə fərq də artıb.

Məsələn, 2010-cu ildə Azərbaycan silah alınmasına 1.5 milyard dollar, Ermənistan 422, Gürcüstan 454 milyon dollar xərcləyib.

Ancaq İnstitutun 2009-cu il üçün açıqladığı rəqəmlərinə görə, ümumdaxili məhsulunun ən böyük hissəsini silah almağa xərcləyən ölkə Gürcüstandır. Rəsmi Tbilisi ÜDM-in 5.6, Yerevan 4.2, Bakı isə cəmi 3.4 fazi qədər silah alınmasına xərcləyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG