Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:51

21 YAŞLI GƏNCİN İNQİLABDA İŞTİRAKI...


1 il əvvəl, aprelin 7-də Qırğızıstanda sonradan prezidetin Kurmanbek Bakiyevin devrilməsinə səbəb olan olayla başlamışdı. Paytaxt Bişkekdəki Ala-Tu meydanında etirazçılara atəş açılmışdı, toqquşma zamanı rəsmi rəqəmlərə görə, 90 nəfər həlak olub, 1000-dən çox adam yaralanmışdı.

O vaxt 21 yaşı təzəcə tamam olan Asylbek Koibagarov da Ala-Tu meydanında idi.

«Gənc idi, daha yaxşı gələcək istəyirdi və Bakiyev hakimiyyətinin bu gələcəyi təmin etməyəcəyini bildiyindən rjeimə qarşı çıxmışdı».

Özü də Asylbek etiraza qatılmaq üçün ölkənin şimalından Bişkekə gəlmişdi. Onun sözlərinə görə meydana səhər saatlarında çatmışdılar, və artıq ora toplaşanlar Bakiyevin istefasını tələb edirdilər. Amma birdən atəş səsləri eşidildi, hər tərəf bir anda qarışdı, qan gölünə döndü.

«Dəhşətli səhnə idi. Əsgərlər, ya da hansısa snayperlər Prezident Binasından camaatı vurmağa başladılar. O yeri unutmaq istəyirəm. Çünki orda insaların öldürülməsinin şahidi oldum».

Şahidlərin ifadələrinə görə, atəş açılandan sonra daş, dəmir çubuqlarla silahlanan kütlə azğınlaşıb və maşınları qarşı tərəfin üstünə sürüblər.

PREZİDENT APARATINI QORUYAN POLİSİN ACI TALEYİ


Həmin vaxt meydanda olan 32 yaşlı polis zabiti Almaz Akchekeyev isə prezidetin aparatını qorumaq üçün ora gətirilən polislərdən idi. O deyir ki, günorta meydana gələndə artıq atəş açılmışdı, aləm qarışmışdı. İnsanlar polisləri görən kimi, onların üstünə daş atmağa başladılar. Sonra isə üstlərinə yürüdülər. bizim isə nə qalxanımız, nə də dəbilqəmiz yox idi.

«Biz geri çəkilirdik və qəfildən nə olduğunu anlamadım, birdən yıxıldım. Qalxmağa çalışırdım, amma olmadı. Ağızımdan qan gəlirdi, Ayaqlarım da qan içindəydi. Yoldaşlarım məni təcili yardım maşına qoyub, xəstəxanaya göndərdilər».

Almaz başqa heç nə xatırlamır. 2 gün sonra gözünü xəstəxanada açıb və həkimlər ona bərk əzildiyi üçün, həyatını qurtarmaq üçün hər iki ayağını kəsdiklərini deyiblər.

Bu gün Qırğızıstanın müxtəlif yerlərində həmin olayların qurbanları anılıb. Dövlət tərəfindən həlak olanların ailələri üçün inşa edilən iki bina sakinlərinə verilib.

Roza Otunbayeva
ORTA ASİYADA İLK PARLAMENT RESPUBLİKASI...


O vaxt Bakiyevə qarşı etiraz edən 21 yaşlı Asylbek indi gələcəyindən çox ümidlidir. Bakiyevi qorumaq üçün meydanda olan Almaz Akchekeyev isə yataqxanadakı 1 otaqlı evdə ailəsi və iki kiçik uşağı ilə qalıb. Hökumət ona da ev ayıracağına söz verib. Amma Almaz deyir ki, belə olacağını bilsəydi heç ora getməzdi. Ya da heç olmasa bir ayağını kəssəydilər, ən azından özünə baxa bilərdi.

7 apreldə başlanan hadisələr nəticəsində prezidetin Kurmanbek Bakiyev axırda ölkədən qaçdı, və indi Belarusda yaşayır. Müvəqqəti hökumətin başçısı kimi hakimiyyətə gələn Roza Otunbayeva indi prezidentdir. Amma ölkədə siyasi sistemi dəyişdirib, Orta Asiyada ilk parlament demokratiyaslı qurmağa çalışırlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG