Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:51

2 aprel aksiyası zamanı dəyən ziyan açıqlanıb


Bu barədə APA-ya açıqlamasında Bakı şəhər prokurorunun müavini, istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev məlumat verib.

Onun sözlərinə görə, aksiya zamanı bir sıra mağaza və dükanlara, o cümlədən polisə məxsus avtomobillərə ümumilikdə 14 min 203 manat dəyərində ziyan dəyib.

Daxili İşlər Nazirliyi ilə Baş Prokurorluğun aprelin 2-də yaydığı məlumatda bildirilirdi ki, aksiya zamanı fiziki və hüquqi şəxslərə, o cümlədən polisə məxsus 25-ə yaxın avtomobilə ziyan vurulmuş, 17 mağazanın, 1 bank müəssisəsinin şüşələri və 1 bankomat qurğusu sındırılıb.

Aprelin 2-də baş vermiş hadisələrlə bağlı 4 nəfər şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub.

Bunlar Müsavat Partiyası sədrinin müavini Arif Hacılı, partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı (Fuad Qəhrəmanlı istintaq müddətində polis nəzarətində olmaqla sərbəst buraxılıb) və AXCP üzvü Məmməd Məcidlidir. Onların hər biri haqqında 2 aylıq həbs qətimkan tədbiri seçilib.
XS
SM
MD
LG