Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:14

NATO Liviyada neft yatağının vurulması xəbərini rədd edir


NATO komandanlığı Liviyanın şərqində neft yatağının bombalanması barədə məlumatı rədd edib və bunun arxasında Gaddafi qüvvələrinin durduğunu deyib.

Liviya xarici işlər nazirinin müavini Khaled Kaim bundan əvvəl Sirir yatağının bombalandığını və yaxınlıqdakı limana gedən neft kəmərinin sıradan çıxdığını bildirmişdi.

Amma NATO məlumatın yalan olduğu bildirir.

NATO təyyarəsinin bu gün səhvən Breqa şəhəri yaxınlığında tankı vurması nəticəsində azı 2 üsyançının öldüyü xəbər verilir.

Gaddafiyə sadiq qüvvələr isə bu gün Misrata şəhərini atəşə tutması nəticəsində azı 5 nəfər ölüb, 25 adamsa yaralanıb.

Aprelin 15-də Qətərdə Liviyayla bağlı beynəlxalq əlaqə qrupunun ilk iclası keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG