Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:55

Vaşinqtonda büdcənin müzakirəsi davam etdiriləcək


ABŞ prezidenti Barack Obama ilə Konqresin liderləri Vaşinqtonda federal büdcənin müzakirəsini davam etdirəcəklər.

Dövlət müəssisələrində ixtisarlara yol verilməməsi üçün cümə gününədək razılıq əldə olunmalıdır.

Nümayəndələr palatasında çoxluq təşkil edən respublikaçılar kəskin iqtisadi tədbirlərin tərəfdarıdırlar.

Demokratlar isə hesab edirlər ki, həddən artıq ixtisarlar ölkənin iqtisadi böhrandan çıxmasını əngəlləyəcək.
XS
SM
MD
LG