Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:45

Gədəbəydə müəllim işdən çıxarılma təhlükəsi altında


Gədəbəy İncəsənət Məktəbinin müəllimi Mehman Əliyev deyir ki, onu işdən çıxarmaqla hədələyirlər.

Dediyinə görə, onu aprelin 6-da Gədəbəydə divarlara «Azad mətbuat, diktaturaya son», «İlham istefa», «Həqiqi parlament» yazılan şüarlar barədə məlumatları və həmin şüarların fotolarını mətbuata çıxarmaqda günahlandırırlar.

M. Əliyev AzadlıqRadiosuna deyib ki, o, Gədəbəydə divarlara yazılan şüarlar barədə danışsa da, internetlə heç yerə həmin şüarların fotosunu göndərməyib:

«Mən o şüarların pozulmasını müşahidə etmişəm və həmin o şüarların üstünün rənglənməsinin şəklini çəkmişəm. İndi işlədiyim məktəbin direktoru deyir ki, icra hakimiyyətindən göstəriş gəlsə, mən səni işdən çıxarmağa məcburam».

İncəsənət Məktəbinin direktoru Anjela Məmmədova isə AzadlıqRadiosuna Mehman Əliyevə işdən çıxarılacağı ilə bağlı hər hansı xəbərdarlıq olunmadığını bildirib.

«Biz onu dəvət etdik məktəbə, divarlara yazılan şüarlarla bağlı ondan soruşduq, dedi görmüşəm, amma mən harasa şəkil çəkib göndərməmişəm. Onu heç kim işdən çıxara bilməz», - dəyə məktəb direktoru bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG