Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:41

Əfqanıstanda hərbi təlim mərkəzinə hücum edilib


Əfqanıstanın Qəndəhar şəhərində yaraqlıların polisin təlim düşərgəsinə hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin azı 6 əməkdaşı ölüb.

Həmçinin 3 yaraqlının öldüyü xəbər verilir.

Hələlik hücumda neçə nəfərin iştirak etdiyi bəlli deyil.

Polisin məlumatına görə, tikilməkdə olan binanı zəpt etmiş yaraqlılar ordan polisləri atəşə tutmağa başlayıblar.

Təxminən bir saat atışma gedib.

Hücuma görə cavabdehliyi taliban üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG