Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:53
“Şair dostlarımdan biri danışır. Qış vaxtı evə gələndə gördüm ki, balaca qızım evin qapı pəncərələrini tam açıb, bütün qızdırıcıları işə salıb.

Sorusdum, nə edirsən? Dedi ki çölü qızdırıram, çöl qızsın, gedib çöldə oynayim. Bu, canlı bir uşaq şeiridi. Nəfəs alır. Şeir dirilir.

Bəzən uşaq şeirlərimizdə belə dəqiq həyat faktları çatmır”.

Bu, qurultay ərəfəsində Azərbaycan Yazıçılar Birliyində edilmiş növbəti məruzədə deyilir.

Azərbaycan Yazıçılar Birliyi Uşaq Ədəbiyyatı şöbəsinin müdiri Qəşəm Nəcəfzadənin etdiyi məruzədə qeyd edilir ki, vaxtilə “Azərbaycan Televiziyasının Savalan babası, M. Rzaquluzadəsi vardı, “Kitab evi”, “Ədəbi jurnalıarın səhifələrində”, Bayatı” verilişi vardı. Hamısı baqlandı. Uşaq ədəbiyyatını lap uşaq yerinə qoydular...

Vaxtı ilə 270 min sayla cıxan “Göyərçin” jurnalının indi kəmiyyət sayı 2-3 mindir


"Əgər bu gün “Kukla “ teatrının tamaşaçısı yoxdursa, sabah “Azdama”nın tamaşaçısı olmayacaq, bu gün “Göyərçin”jurnalının oxucusu yoxdursa sabah “Azərbaycan” jurnalının oxucusu yoxdur”.
Uşaq yazıçıları öz oxucularını yetişdirməlidir.

Əgər bu gün “Kukla “ teatrının tamaşaçısı yoxdursa, sabah “Azdama”nın tamaşaçısı olmayacaq, bu gün “Göyərçin”jurnalının oxucusu yoxdursa sabah “Azərbaycan” jurnalının oxucusu yoxdur”.

Qəşəm Nəcəfzadə məruzəsində təklif edir ki, teatr aktyorları səyyar qruplar şəklində bölgələrə səfər edib uşaq ədəbiyyatını təbliğ etsinlər.

“”Mən yeddi oğul istərəm” filminə 6-cı sinifdə oxuyanda doğma məktəbimizdə, ədəbiyyat otağında - kənddə klub yox idi - dizlərimi yerə qoyub baxmışam.

Ekran məktəbimizin ağ divarı idi. Hələ də o filmi unuda bilmirəm. İndi uşaq ədəbiyyatımız bəlkə həmin kino kimi kəndə, məktəbə, baxçaya getməlidir. Amma necə?

Bunun üçün xüsusi boyük maşın ayrılmalı, deyək ki, üstü vaqon kimi, buna kənddə avtolovka deyirlər - maşının banı nağıl qəhrəmanlarımızın şəkilləri ilə bəzədilməlidir.

Sonra həmin maşında çox yox, iki-üç nəfər aktyor kəndbəkənd gəzərək məktəblərdə uşaq ədəbiyyatını təblığ edə bilər, deyək ki, müəyyən əsərlərdən xüsusən nağıllarımızdan epizodlar oynayarlar, video-disklər nümayiş etdirərlər, şair və yazıçılarımızın kitablarını aparıb satarlar.

Məhz uşaq kənddə öz babasının, nənəsinin yanında, qoyunun quzusunun yanında öz şerini, nağılını daha yaxşı öyrənə bilər

Bu səyyarı ədəbiyyatın xərci də elə çox eləməz, Təhsil Nazirliyi bu xırda xərci ödəyə bilər. (İdeya Səlim Babullaoğlunundur)”

Məruzəçi hesab edir ki, uşaqların az oxumasının günahı həm də onların valideynlərindədir.

“Ötən il Sumqayıtda keçirilən uşaq dünyasına həsr olunmuş bir tədbirdə valideynlər, müəllimlər çıxış edərək uşaqların kitab oxumamaqlarından gileyləndi.

Söz mənə çatanda çıxışa sualla başladım. Əziz valideynlər və müəllimlər, son bir ildə siz hansı kitabları oxumusunuz? Ortaya sükut çökür”.

Q.Nəcəfzadə hesab edir ki, Azərbaycan nağılları səhnələşdirilib disklərə köçürülməlidir.

“Bəzi uşaqlar ola bilsin ki, indi kitabı qəbul etmir. Biz bunu uşaqlara hansısa formada təqdim etməyin yolunu tapmalıyıq.

Uşaqların oynamaq istədiyi oyunlara uşaq ədəbiyyatını qatmalıyıq. Tədris müəsissələrində komputerlərə cizgi filimləri, uşaq ədəbiyyatımızın nümunələri yüklənməlidir.

Elə “Məlikməmməd” nağılından bir oyun düzəltmək olar. Bəlkə uşaq ədəbiyyatı kitab formasında yox, kino, tamaşa şəklində uşaqların yanına gəlməlidi”.

Məruzəçinin toxunduğu daha bir problem:

“Yüz ildir ki, uşaq şeirimzdəki obrazlar eynidir. Uşaq həmin uşaq, ayı həmin ayı, tülkü həmin tülküdür. Bioloji mənada ayı həmin ayı, tülkü həmin tülkü ola bilər, bu düz, amma bunların filologiyasının dəyişməsi təbiidir.Mən hələ bunu yetərincə müasir uşaq ədəbiyyatımıda görmürəm.

Uşaq ədəbiyyatımıza içtimai və sosial məzmun öz ərazisini genişləndirməlidir.

Uşaq ədəbiyyatımızın fəlsəfəsi, dili inkişaf etməli, uşaq şeiri uşaq folkloruna söykənməlidir. Uşaq ədəbiyyatı uşaq yerinə qoyulmamalıdır.

Qədim yurd yerlərimizin, şəhidlərimizin, milli qəhrəmanlarımızın obrazlarını uşaq ədəbiyyatında daha da canlandırmalıyıq.

Uşaq şerimizidə bir şeyi aydın etmək çöx çətindir. Şeirin ab-havasından bilmək olmur ki, bu şeir 80-ci ilindir, yoxsa 2011-ci ilin.

Yəni 2011-ci ildə uşaq ədəbiyyatının dayandığı yeri, səciyyəni təyin etmək mənə çətin gəldi.

Yaşlı nəsil ədəbiyyatında bu fərqi görmək mümkündür. Şeir öz zamanına oxşamalı və bütün dövrlərdə oz bədiiliyini qoruyub saxlamalıdır.

Bəlkə sərbəst uşaq şerinə geniş yer verməliyik. Bəlkə modern uşaq şeiri yaranmalıdır. Bu barədə düşünməyə dəyər.

Göstərdiyim nöqsanlarla bərabər, çox ümidliyəm ki, gözəl uşaq ədəbiyyatımız yaranıb və yenisi də yaranır”.

Sonda Q.Nəcəfzadə AYB-nin sədri, yazıçı Anara təklif edib ki, birlik öz uşaq jurnalını təsis etsin.

“Azərbaycan Yazıçılar Birliyinin aylıq uşaq jurnalının nəşrinə böyük ehtiyac var, bizə kömək edin. Respubilkamızda mötəbər uşaq jurnalı yoxdur. Bu ağırlığı və ağrını ancaq Yazıçılar Birliyi çəkə bilər”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG