Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:19

AXCP Yardımlı rayon təşkilatının sədri həbs edilib


AXCP Yardımlı rayon təşkilatın sədri Kərim Şabiyev aprelin 6-da həbs edilib.

O polisə müqavimətdə təqsirli bilinərək 3 sutka həbs cəzası alıb.

Kərim Şabiyev AzadlıqRadiosuna bildirib ki,aprelin 9-da rayonda mitinq keçirtmək üçün yerli icra orqanlarına müraciət etsələr də onlara cavab verilməyib.

Onlar da mitinqin keçirilməsi ilə bağlı elanlar yaymağa başlayıb və bu elanlardan birini yapışdırarkən polis onu saxlayıb.

Kərim Şabiyevin dediyinə görə 3 məktəbli uşağı var.
Özü və həyat yoldaşı ali təhsilli olsalar da siyasi baxışalarına görə onlara iş verilmir.

Kərim Şabiyev Yardımlı rayon polis şöbəsinin müvəqəti təcridxanasında saxlanılır.
XS
SM
MD
LG