Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:29
Rusiya və Abxaziya arasında da mübahisə düşərmiş. Özü də torpaq mübahisəsi.

Rusiya 2008-ci ildə Gürcüstanla müharibədən sonra müstəqil dövlət kimi tanıdığı separatçı Abxaziyadan torpaq istəyir.

Söhbət 160 kv. kilometrlik ərazidən gedir

Həmin ərazi vaxtilə Gürcüstanın separatçı Abxaziya bölgəsi ilə Rusiyanın Krasnodar vilayəti arasında mövcud olmuş sərhəddə yerləşir.

İndi Abxaziya və Rusiya sərhədin həmin hissəsini demarkasiya və demilitasiya etməli, yəni dəqiq sərhəd cızığı cəkməlidirlər.

Amma bu günlərdə Moskvada keçirilmiş danışıqlar dalana dirənib.

Abxaziya “parlamenti”nin rəhbəri İrina Aqrba Rusiyanın “Rosbalt” agentliyinə deyib:

“Tarixən Abxaziya torpaqları elə hey azalıb və abxaz ictimaiyyəti bu məsələni çox ağrılı qəbul edir. Bunu müəyyən mənada bizim Rusiya ilə etibarlı dostluq münasibətlərimizdə bir sınaq da adlandırmaq olar. Məncə bu mühüm məsələ bizim dostluğumuzu poza bilməyəcək”.

Aqrba deyib ki, Abxaziya əlavə heç nə istəmir, sadəcə Krasnodar vilayəti ilə olan sərhədin indi də oradan keçməsinə çalışır.

“Rusiya nəhəng ölkə və qüdrətli dövlətdir

Rusiya prezidenti Medvedev (sağda) Abxaziyada. Solda Abxaziya "prezidenti" Baqapş. 8 avqust 2010
Düşünürəm ki, bu onun üçün elə bir məsələ deyil ki, ciddi narazılıq doğursun”.

Abxaziyanın "Novy den" qəzeti xəbər verir ki, Rusiya hakimiyyəti bir neçə gün qabaq Abxaziyadakı rejimə məktub göndərərək Qaqra regionundakı 160 kv. kilometrlik ərazini istəyib.

Bu ərazi Rusiyanın Krasnaya Polyana xizəksürmə kurortuna yaxındır.

Həmin ərazidə 2014-cü ildə qış olimpiya oyunları keçiriləcək.

Abxaz jurnalist İnal Xaşiq Azadlıq Radiosunun “Exo Kavkaza” xidmətinə deyib ki, Abxaziyanın boynunda Rusiyanın minnəti var və müstəqilliyinin tanınması əvəzində Abxaziyadan torpaq istənilir.

Jurnalist bildirib ki, Abxaziya ictimaiyyəti bunun əleyhinədir və onun özü artıq

Suxumidə buna qarşı imza toplamağa başlayıb

Xaşiq Azadlıq Radiosunun rus xidmətinə verdiyi müsahibədə isə bildirib ki, Abxaziya “prezidenti” Baqapş çətin dilemma qarşısında qalıb.

Jurnalistin fikrincə, əgər Baqapş bu məsələdə güzəştə getsə, ölkədə stabillik pozula və o, istefaya məcbur ola bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG