Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:48

Xankəndində olmuş kiprlilər qara siyahıya düşəcək


Şimali Kipr Türk Respublikası nümayəndələrinin Dağlıq Qarabağa getdikləri təsdiqlənsə, həmin şəxslər “qara siyahı”ya salınacaq və onların Azərbaycan ərazisinə girişinə qadağa qoyulacaq.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov deyib.

Aprelin 1-3 arası Britaniyanın “Beynəlxalq həyəcan” təşkilatının himayəsi ilə Xankəndində “Silahlı münaqişədən sonra sülhyaratma və dinc birgə yaşayış təcrübəsi – Kipr nümunəsi” mövzusunda dəyirmi masa keçirilib.

Həmin toplantıda Şimali Kiprdən olan nümayəndələr də iştirak ediblər.

Şimali Kipr Cümhuriyyətçi Türk Partiyasının baş katibi, Şimali Kipr İş Adamları Assosiasiyasının prezidenti Kutlay Erk, Şimali Kipr İnsan Haqları Fondun sədri və Ali Məhkəmə Şurasının üzvü Əminə Çolak da onların arasında olublar.

Şimali Kiprin Bakıdakı nümayəndəliyi açıqlama yayaraq bu şəxslərin Xankəndinə səfərindən təəssüfləndiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG