Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:30

Kəbin kəsənlər, dəfn keçirənlər və Quran oxuyanlar


Mollalar kateqoriyalara bölünəcək
Mollalar kateqoriyalara bölünəcək

Azərbaycanın cənub bölgəsində yüzlərlə ruhani attestasiyadan keçib. Lakin onların təxminən 70 faizi ilk mərhələni uğurla başa çatdırıb. Bu haqda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsinin müdiri qazi Hacı Mirəziz Seyidzadədən məlumat almışıq. Onun sözlərinə görə, artıq cənub bölgəsində - Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar rayonlarında mollalar imtahan veriblər:

QMİ təmsilçisi deyir ki, bir həftədən sonra Salyan, Sabirabad, İmişli və digər rayonlarda dini xadimlər üçün imtahanlar keçiriləcək. Attestasiyanın yekun mərhələsi isə Bakıda aparılacaq.

Hacı Mirəziz Seyidzadə bildirir ki, ruhani olmaq iddiasına düşənlər özləri QMİ-yə müraciət ediblər: “Onlar sırasında keçmişdən qalan mollalar da var, Bakı İslam Universitetinin məzunları da. Yəni məqsəd təkcə mollaların dini biliklərinin yoxlanılması deyil, həm də yeni nəsil din xadimlərinin bu prosesə cəlb edilməsidir. Attestasiyadan keçənlərə gəlincə, onların sayı çoxdur, dəqiq rəqəm deyə bilmərəm, amma müraciət edənlərin təxminən 70 faizi keçib”.

Hacı Mirəziz qeyd edir ki, attestasiyadan keçən din xadimlərinə vəsiqə veriləcək və bu vəsiqələr üç kateqoriya üzrə olacaq. Ən böyük dərəcəli ruhanilər – axundlardır ki, onlar kəbin-talaqdan tutmuş dinlə bağlı bir çox mərasimləri icra edə bilər. İkinci növ vəsiqə daşıyıcıları yalnız ölümlə bağlı mərasimləri - meyit namazı, dəfn, şəri məsələlər və mürəbbiliyi icra edəcək. Üçüncü kateqoriya mollalar isə yalnız Quran oxuyanlar olacaq.

Əgər vəsiqəsi olmayan şəxslər dini mərasimləri yola versələr, onda onlar haqqında rayon icra nümayəndəliyinə, müvafiq inzibati qurumlara müraciət olunacaq və bu mollaların fəaliyyəti qanun çərçivəsində dayandırılacaq.

Qeyd edək ki, mollaların attestasiyası “Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu”na 2009-cu ilin avqustunda edilmiş əlavələr və dəyişikliklərə müvafiq həyata keçirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG