Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:59

Azərbaycan beynəlxalq kitab sərgisinə hansı kitabları aparıb?


"Təhrir" beynəlxalq kitab sərgisində Azərbaycan guşəsi

"Təhrir" beynəlxalq kitab sərgisində Azərbaycan guşəsi

İki ay qabaq inqilabın baş verdiyi və demokratik qüvvələrin “Təhrir” (“Azadlıq”) meydanındakı mitinqlərlə avtoritar prezident Hüsnü Mübarəki istefaya məcbur etdiyi Misirdə beynəlxalq kitab sərgisi təşkil edilib.

“Təhrir Beynəlxalq kitab sərgisi” adlanan tədbirə Azərbaycan da qatılıb.

Azərbaycanın Misirdəki səfirliyindən AzərTAc-a bildiriblər ki, sərgidə Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, erməni terrorizmi, Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, Azərbaycanın iqtisadiyyatı, neft tarixi və müasir neft-qaz sənayesinin inkişafı və s. barədə ərəb, ingilis, fransız, rus və s. dillərdə olan kitab və digər çap materialları nümayiş etdirilib.

Bundan başqa sərgidə “Kitabi-Dədə Qorqud”, Bakıda anadan olmuş məşhur musiqiçi Mstslav Rastropoviç və ərəbşünas Aida İmanquliyevanın həyatı və yaradıcılığı haqda kitablar da nümayiş edilib.

Ümumilikdə, sərgidə 100-dən artıq çap şirkəti, Azərbaycan, ABŞ, İtaliya və Polşanın Qahirədəki səfirlikləri təmsil olunublar.

Sərginin açılışında iştirak edən Misirin mədəniyyət naziri Emad Əbu Ğazi Azərbaycan guşəsi ilə tanış olub. Səfirə Azərbaycan kitabları haqqında məlumat verilib.

Sərgi çərçivəsində Azərbaycana aid mədəniyyət guşəsi yaradılıb və burada Azərbaycan xalçaları, musiqi alətləri və qədim məişət əşyaları nümayiş etdirilib. .

“AzərTAc”ın məlumatına görə, sərgidə Azərbaycan barədə nümayiş olunan kitab və çap materialları sərgi iştirakçılarının xüsusi marağına səbəb olub.

Sərgi çərçivəsində iştirakçılara Azərbaycan haqqında 200-dən artıq kitab, jurnal və digər çap materialları paylanıb.




Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG