Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:53
Avropa İnsan Haqları Məhkəməsi həbsdə olan jurnalist Eynulla Fətullayevin daha bir şikayətini qəbul edib.

Bu barədə AzadlıqRadiosuna jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, həmin şikayət Bakı Apellyasiya Məhkəməsinin 5 noyabr 2010-cu il tarixdə E.Fətullayev barədə seçdiyi həbs-qətimkan tədbiri ilə bağlı qərardan olub. Həmin vaxt vəkillər E. Fətullayev barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı və ya girovla əvəz olunması üçün vəsatətlər versələr də, məhkəmə təmin etməmişdi.

Vəkil onu da bildirib ki, ATƏT-in Bakı ofisinin Qanunun Aliliyi və İnsan Hüquqları Şöbəsinin rəhbəri Monika Martines 1 saylı cəzaçəkmə müəssisəsində E. Fətullayevlə görüşüb. Onun saxlanma şəraiti və səhhətiylə maraqlanıb. M. Martines jurnalistə bildirib ki, ATƏT E.Fətullayevin azadlığa buraxılması məsələsini diqqətdə saxlayır, bununla bağlı hökumətlə danışıqlar aparmağa çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG