Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:06

ARDNŞ: «Azərbaycan Avropa ölkələrinə qazını özü satacaq»


Rövnəq Abdullayev
Rövnəq Abdullayev
Bundan sonra Azərbaycan təbii qazını Yunanıstana Dövlət Neft Şirkəti (ARDNŞ) ixrac edəcək.

Bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

O deyib ki, Yunanıstan artıq 2007-ci ildən Azərbaycan qazı alır:

«Amma bu qazı Türkiyənin «BOTAŞ» şirkəti təkrar ixrac edirdi. İndi isə bu məsələ ilə bağlı «BOTAŞ» şirkəti, Yunanıstanın DEPA qaz şirkəti və ARDNŞ arasında danışıqlar gedir».

ARDNŞ başçısı qeyd edib ki, danışıqların nəticəsi olaraq, Yunanıstana qaz satışı barədə müqavilə birbaşa Azərbaycanla imzalanacaq.

R.Abdullayev deyib ki, hazırda Azərbaycan Avropanın bir çox ölkələri ilə danışıqlar aparır və bu ölkələrə qazı Azərbaycan özü satacaq.

«Şahdəniz» layihəsi çərçivəsində Türkiyəyə ildə 6 mlrd. kubmetr, Avropa ölkələrinə isə 10 mlrd. kubmetr qazın satışı nəzərdə tutulub. Gələcəkdə isə qaz ixracı artırılacaq:

«Ümid» və «Babək» yataqları bizə imkan verir ki, ixracı artıraq». /APA/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG