Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:42

Yəməndə daha 3 nəfər öldürülüb, onlarla adam yaralanıb


Yəməndə bu gün prezident Ali Abdullah Saleh-ə tabe olan qüvvələr və onun istefasını tələb edənlər arasında toqquşmalarda azı 3 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Hadisə paytaxt Sənaada baş verib. Przidenti dəstəkləyən tayfa başçılarından biri etirazçılara qoşulanda. Sonradan atışma başlanıb, amma ilk atəşi kimin açdığı bəlli deyil.

Taiz şəhərindəki atışmalarda isə onlarla adam etirazçılara atəş açılması zamanı yaralanıb. Hudaida şəhərində də toqquşmaların baş verdiyi bildirilir.

Dünən ölkəböyu toqquşmalar zamanı 19 nəfər həlak olub, yüzlərlə adam yaralanmışdı.


Ümumilikdə Fevral ayından bu yana, Yəməndə president Ali Abdullah Salehin istefası tələbiylə etirazlar başalayandan 150 nəfər həlak olub, minlərlə adam yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG