Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:26

Jurnalistlə bağlı Ramil Usubova müraciət edilib


Mətbuat Şurası «Azadlıq» qəzetinin müxbiri Ramin Dekonun döyülməsi ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib.

Müraciətdə bildirilir ki, Ramin Deko ilə əlaqədar insident son on gündə jurnalistlərlə bağlı qeydə alınan növbəti xoşagəlməz hadisədir: «Bu cür olayların təkrarlanması onda hansısa qüvvələrin maraqlı olduqları ehtimalını artırır və bunun digər jurnalistlərlə də baş verəcəyinə dair narahatlıq yaradır».

Məktubda Ramil Usubovdan insidentin araşdırılmasını diqqətdə saxlamaq, günahkarların layiqli cəzalarını almalarına kömək göstərmək xahiş olunub.

Aprelin 3-də mülki geyimli naməlum şəxslər Ramin Dekonu avtomobilə oturdub şəhərdən kənara aparıblar, ona «ağıllı» olmağı məsləhət görüblər. Aprelin 4-də günortadan sonra «Azadlıq» qəzeti bu haqda məlumat yayıb. Elə həmin gün redaksiyadan çıxıb evə gedərkən Ramin Deko tanımadığı iki nəfərin hücumuna məruz qalıb.
XS
SM
MD
LG