Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:51
Bu gün Sülh və Demokratiya İnistutunun təşkilatçılığı ilə “Ərəb dünyasındakı hadisələr. Bunun müsəlman dünyasına, MDB və Qərbə təsiri” mövzusunda dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Komitəsinin (DEVAM) sədri Hacı İlqar İbrahimoğlu ərəb ölkələrində baş verən hadisələrdən danışıb: “Bu hadisələri birmənalı qiymətləndirmək hələ tezdir. Bunun üçün vaxt lazımdır. Ərəb ölkələrində baş verənlərə bir çox amillərin təsiri var. Buna misal olaraq “Wikileaks” saytındakı xəbərləri qeyd etmək olar. Bundan əlavə, ərəb ölkələrində özünə inam yaranıb. “Hizbullah”ın İsrail üzərində qələbəsi, Qəzzada baş verənlər də bu hadisələrə öz təsirini göstərib. Mən Birləşmiş Millətlər Təşkilatının bu ölkələrə müdaxiləsini müsbət hesab edirəm. Lakin bunu Əfqanıstanda, İrqada əli minlərlə müsəlmanın qanına batanlar yox, müsəlman ölkələri etməlidir”.

Tədbirdə çıxış edən Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov isə ərəb ölkələrinin demokratiyaya tam hazır olduqlarını qeyd edib: “Ərəb ölkələrində baş verənlər böyük dəyişikliyə gətirib çıxaracaq. İslam ölkələri demokratiyaya hazırdır. Demokratiya hər bir xalq, din, mədəniyyət üçün uyğundur və lazımdır”.


Günün bütün mövzuları

XS
SM
MD
LG