Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:51

İslam Partiyasının mitinqinə icazə verilmədi


Bakı şəhər İcra Hakimiyyəti İslam Partiyasının aprelin 8-də «Azadlıq» meydanında mitinq keçirməklə bağlı müraciətini məqsədəuyğun saymayıb. Bildirilib ki, «Azadlıq» meydanı dövlət tədbirləri üçün nəzərdə tutulduğundan kütləvi etiraz aksiyalarının burada keçirilməsi mümkün deyil.

İslam Partiyasının sədr əvəzi Elçin Manafov AzadlıqRadiosuna bildirib ki, mitinq keçirmək üçün yaxınlarda yenidən Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcəklər.

«Biz icazəli mitinq keçirmək niyyətindəyik», - deyə sədr əvəzi bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG