Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:05
«Bakıda yeni sinaqoqun açılışı çox böyük hadisədir».

Bunu aprelin 5-də Bakıda yeni sinaqoqun açılışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov dedi.

Komitə sədri bildirdi ki, sinaqoqun inşası Azərbaycan dövləti tərəfindən maliyyələşdirilib:

«Azərbaycanın yürütdüyü siyasətin ən vacib məqamlarından biri də dini tolerantlıq olub. Bu, həmişə belə olacaq».

Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxiilov yeni sinaqoqun açılışına görə Azərbaycan prezidentinə təşəkkür etdi. Azərbaycanda yeni sinaqoqun açılışından, bura gələnlərin sayının çoxluğundan şad olduğunu bildirdi:

«Mən istərdim ki, Azərbaycanda bütün millətlər bir ailə kimi yaşasınlar».

İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem isə yəhudilərin Pesax bayramına iki həftə qalmış yeni sinaqoqun açılmasını yüksək qiymətləndirdi. Bildirdi ki, sinaqoqun açılışı Azərbaycanda yaşayan yəhudi icmasına böyük dəstək olacaq.

Sonda sinaqoqda dua oxundu.

Azərbaycanda 5 sinaqoq var. Onlardan 3-ü Bakıda yerləşir.


Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG