Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:43

Yəməndə toqquşmalarda 19 adam ölüb


Yəməndə nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalarda 19 adam ölüb, yüzlərlə adam xəsarət alıb.

Aprelin 4-də ən böyük gərginlik paytaxt Sanadan cənubda Taiz şəhərində qeydə alınıb. Orada nümayişçilərə qarşı atəş açılıb, azı 15 nəfər ölüb.

Hodeyda liman şəhərində də geniş qarşıdurma yaşanıb. Nümayişçilər hökumət idarələrindən birinə daxil olmağa cəhd edib.

ABŞ bildirib ki, ekstremistlər, o cümlədən Əl-Qaidə Yəməndəki qeyri-sabitlikdən istifadə edə bilər.

Aksiya iştirakçıları prezidenti Ali Abdullah Salehin istefasını tələb edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG