Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:26

Üzeyir bəy Hacıbəyli. Sədini tənqid


Adam oturub Sәdinin "Gülüstan"ını, ya "Bustan"ını, ya bütün külliyyatını oxuduqca, özü-öz başına fikir elәyir vә görür ki, hәrçәnd bu kişini bir belә tәriflәyirlәr, amma sözün doğrusu, mәn and içirәm ki, Sәdinin bu dünyadan bir belә dә xәbәri yox imiş. Yalan ki, demirәm. Özünüz elә bir baxın, görün, mәsәlәn, bu kişi nә yazır? "Bustan"ın bir yerindә deyir ki,

Әgәr ba pedәr çәng cuyәd kәsi,

Pedәr ra yәqin xişm girәd bәsi.

Yәni hәr kәs atası ilә dava elәmәk istәsә, yәqin ki, atasının bәrk acığı tutar. Halbuki bizdә qayda belәdir ki, hәr kәs atası ilә dava elәmәk istәsә, әvvәla, o saat onu vurub öldürәr vә acığı tutmağa da macal vermәz; ya da ki, atası istәsә bir adam tutub tapşırar ki, vurub oğlunu öldürsün.

Yenә Sәdi "Gülüstan"ın bir yerindә deyir ki:

Ey ki, pәncah rәftә dәrxabi

Mәgәr in pәnc ruzә dәryabi?!

Yәni ey o adam ki, әlli yaşına yetib, hәlә yuxudasan, mәgәr bu beş günü bir dә taparsan?

Ay Sәdi! Bizim müsәlmanlar, budur, neçә yüz ildir ki, xabi-qәflәtdә yatıb, cәmi alәm veclәrinә deyil, amma sәn durub әllicә yaşında bir kişini mәzәmmәt elәyirsәn. Heç bu rәvadır?

Yenә Sәdi bir yerdә belә deyir:

Ey tohidәst rәfte dәr bazar,

Tәrsәmәt bәr nәyavәri dәstar!

Yәni ey adam ki, әliboş bazara getmisәn, qorxuram ki, dәsmalını dolu gәtirmәyәsәn!

Nahaq yerә qorxursan, cәnab Sәdi! Bizim kәndin pristavları, straj niklәri heç vaxt olmaz ki, bazara әlidolu getsinlәr, amma bainhәmә qayıdan zaman hamısının dәsmalı da, hәlә deyәsәn, xurcunu da dolu olur. Hәlә desәn, yanlarında bir cüt quzu da gәtirirlәr.

Yenә Sәdi bir yerdә deyir ki,

Әbrü badü mәhü xurşidü fәlәk dәrkәrәnd,

Ta, to nani bekәf ariyo bәğәflәt nәxori.

Yәni bulud, yol, ay, gün vә fәlәk iş görürlәr ki, sәn bir parça çörәk qazanıb, amma xәlvәtcә yemәyәsәn.

Sözün doğrusu, Sәdi burada özünü lap xarab elәyibdir. Budur götürәk, mәsәlәn, Gәncә quberniyasını. Yel әsib buludları yığıb, dolu yağıb taxılı bilmәrrә kor elәyibdir. Ay doğmayıb, gecә qaranlıq olub, oğruların bazarı açılıbdır. İstilәr düşüb, gün qızışıb, taxıl әlәfi yandırmaqdadır. Fәlәk dә ki, özünüz bilirsiniz, ermәni-müsәlman davası salıb Gәncә quberniyasına bir oyun tutdu ki, lap get Zәngәzura tamaşa elә. İndi yazıq kişi çörәyi hardan alsın ki, hәlә onu da xәlvәt yemәsin, halbuki acığa çıxartsa, qonşusu tutub әlindәn qapacaqdır.

Yenә Sәdi bir yerdә bu cürә deyir:

Beçe kar ayәdәt zә kol tәbәqi,

Әz Kolistane-mәn bebәr vәrәqi!

Bunu Sәdi Bakının gül satanlarına deyir ki, yәni nә elәyirsәn bir tabaq gül aparırsan. Gәl mәnim "Gülüstan" kitabımdan bir vәrәq cır apar!

Bәli, qaradovoy da yolda tutub desin ki, bәs proklamasiya paylayırsan!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG