Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:43
Kefimiz çox kökdür, qovun-qarpız da allaha şükür çıxıb. Üzümün dә lәzzәtli vaxtıdır. Nә qәdәr istәyirsәn ye, iç. Bu orucluq da bir tәrәfdәn gәlir, amma bir az hava istidir. Vә bir dә bizim dәryanın o yan tәrәfindәn qulağımıza bir para sәslәr gәlir. Deyirlәr ki, İrak tәrәfdә bilmirәm dava var, nә var. Bir yandan da gündüz axşama kimi palan dallarında evlәrin kölgәsindә bitlәnәn hәmşәrilәrә deyәndә ki, a kişi, evinizdә it ki ölmәyib, burada nә gәzirsiniz? Deyirlәr: "Vәtәn çox şuluqdur, baş götürüb qaçmışam".

Avstraliyada çıxan qәzetlәrin yazdığına görә, Mәdәlibәy gәlib bizim yanımızdan addıyıb İrana tәşrif aparıb, amma, and olsun Purişkeviçin gözәl başına, bu işdәn bizim әsla xәbәrimiz olmayıb. Görünür ki, zalım ayroplan ilә uçub Rusiyadan keçib. İndi bu iranlılara deyәn gәrәk, ay canım, kişi qayıdıb öz sevgili vәtәninә gәlib, daha bu nә dava-qalmaqalbazlıqdı başlamısınız?!

Vallah, heç başa düşә bilmirәm, hәlә mәzә burasıdır ki, bizim "Baku" qәzeti başlayıb ki, gәrәk Qafqaz ermәnilәri İrana addıyıb getsinlәr vә orada ermәni qardaşlarına kömәk etsinlәr ki, onlar da Mәdәliynәn dava edib, canlarını mәşrutә yolunda qurban etsinlәr". A, kişi, qoysana hәr kәs öz yerindә oturub otursun.

Bir tәrәfdәn dә qulağıma dәydi ki, İstanbul yanıbdımı nәdi? İndi Menşikov cәnabları öz qәzetindә yazır ki, "Biz Rusiya camaatına lazımdı ki, İstanbulun әhalisi üçün bir az pul yığıb yolluyaq. Necә ki, osmanlılar bizim Türküstanda olan zәlzәlәyә kömәk elәdilәr". Menşikovun bu tәklifini oxuyan kimi bizim "İşıq"ımız da buradan Menşikova teleqram göndәrib, xәbәr aldı ki, "Görәk, aya biz dә burada İstanbullular üçün pul yığa bilәrikmi?" Bu işә cәnab Menşikovun acığı tutmazmı! Haman o günü gözümüzün "İşıq"ına Menşikov teleqraf ilә belә cavab verdi: "Әziz yoldaş, kefini pozma, hәr nә istәyirsәn, elә!".

Bu cavabdan sonra bizim şәhәrdә dә "fәxri-millәtimiz" İstanbul әhalisindәn ötrü pul yığmağa başladılar. Bu bir neçә gündә çox pul yığılıb vә genә yığılır. Bu yaxınlarda İstanbula göndәrilәcәk ianәlәr "İşıq"ın qaranlıq otağında qәbul olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG