Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:55

Üzeyir bəy Hacıbəyli. Qanlılıq


Danabaş kәndi. Teleqraf agentasına buradan çәkilәn teleqrafa görә, Kәrbәlayi Hümmәtәli ilә qonşusu Qoçbalakişi arasında soyuqlut vaqe olubdur. Qoçbalanın arvadı Mәşәdi Gülsüm xalanın sözlәrinә görә, bu soyuqluğun ümdә sәbәbi çil toyuqdur.

Danabaş kәndi. Kәrbәlayi Hümәtәli ilә Qoçbalakişinin arasında vaqe olan soyuqluğun sәbәbi bütün tәfsilatı ilә mәlum olubdur. Әcnәbi qәzetlәrin yazdığına görә, Qoçbalakişinin günaşırı yumurtlayan çil toyuğu dünәn gündüz saat üçdә çәpәrdәn aşıb, Kәrbәlayı Hümmәtәligilin hәyәtinә giribdir. Kәrbәlayı Hümmәtәlinin balaca oğlu Hәsәnin keçәn il Daşdibi kәndindәn çolpa halında gәtirmiş olduğu qızıl xoruz çәpәrdәn aşan çil toyuğu görüb, üstünә hücum etdikdә, mәzkur toyuq geri qaçmağa yol tapmayıb, özünü Kәrbәlayı Hümmәtәligilin otağına tәpibdir. Kәrbәlayi Hümmәtәlinin cәhrә әyirmәyә mәşğul olan arvadı kiş-kiş elәyib ayağa durduqda, binәva toyuq çığıra-çığıra qapıdan çölә yüyurür. Tәrq kimi Kәrbәlayı Hümmәtәlinin özü bu halda qapıdan içәri daxil olur.

Özünü itirmiş toyuq, tәkrar, içәri tәpilib taxçaya minir vә orada olan çini boşqabı salıb sındırır. Şayiәlәrә görә, Kәrbәlayı Hümmәtәli bu boşqabı öz әli ilә şәhәrdәn 25 qәpik pula alıbmış.

Danabaş kәndi. Kәrbәlayı Hümmәtәlinin oğlu Hәsәn sınmış boşqabın әvәzini çıxmaq üçün Qoçbalakişigilin Alabaş adlı itini vurub qıçını sındırıbdır. Nağıl edirlәr ki, Qoçbalakişi bu iti bir oğluna dәyişmәz imiş.

Danabaş kәndi. Qәzetlәrin son nüsxәlәrinә görә, Kәrbәlayı Hümmәtәligil ilә Qoçbalakişigilin arasında münasibәti-hәmsayәgi qәt olunubdur. Ona binaәn danışırlar ki, müharibә naçardır. Hәr iki tәrәf hazırlaşmaqdadır.

Bu gün yetişәn agenta teleqrafına görә Qoçbalakişi Kәrbәlayı Hümmәtәlinin oğlu Hәsәni axtarırmış ki, o da vurub onun qıçını sındırsın.

Әcnәbi qәzetlәri yazırlar ki, bu iki qonşu arasında naçar olan müharibәni dәf edib, araya sülh salmaq üçün Haçı Әmirqulu tәrәfindәn sәrf olunan cəj vә himmәtdәn heç bir nәticә hasil olmadı.

Bu gün-sabah müharibә başlanacaqdır. Dünәn boşqabların sınıqlarını evdәn bayıra süpürәn әsnada Kәrbәlayı Hümmәtәlinin arvadı yanıqlı bir nitq söylәyib; toyuq yiyәsinin atasına söymüşdür. Qoçbalakişinin balaca qızı bu nitqi eşidib, haman dәm anasına vә anası da axşam atasına xәbәr veribdir.

Danabaş kәndi. Müharibә başlandı. Әn әvvәl Kәrbәlayı Hümmәtәlinin arvadı ilә Qoçbala kişinin arvadı arasında müsadimә vaqe olub, hәr iki tәrәf bir-birinә qarşı şiddәtli bir söyüş atәşi açdılar.

Bu atәş iki saat davam edib, bәd Qoçbalakişinin arvadı başıaçıq olduğuna görә, artıq davam edә bilmәyib, evә tәrәf geri çәkilmәyә mәcbur oldu.

Danabaş. Bu gün sübh tezdәn yenә iki arvad arasında müsadimә vaqe oldu. Axşamçağı qәti müharibә gözlәnilir.

Danabaş. Qoçbalakişi özü müharibәdә iştirak edib, tәcavüzә başladı. Balaca Hәsәnlә anası bunun hücumuna davam edә bilmәyib, sürәtlә geri çәkildilәr. Qoçbalakişi hücuma davam edirdi. Onun fikri düşmәni qәti müharibәyә mәcbur etmәkdir.

Danabaş. Bu gün sәhәr vaxtı Kәrbәlayı Hümmәtәlinin böyük oğlu Muxtar Kalafa kәndindәn gәlib, haman dәm müharibәyә girişdi. Son dәrәcә şiddәtli bir müharibә oldu. Hәr iki tәrәf bütün qüvvәtini meydana çәkmişdi. Tamam üç saat davam edәn ağac davasından sonra hәr iki tәrәf xәncәrә әl uzatdılar vә Muxtar yaralandı. Lakin müharibә davam edirdi.

Danabaş. Saat üç tamamda Qoçbalakişi әlindә xәncәr Muxtarın üstünә sürәtli bir hücum qurduğu әsnada Muxtar güllә ilә vurub Qoçbalakişini öldürdü. Ona görә o tәrәf basıldı. Şayiәlәrә görә polis müdaxilәsi gözlәnir.

Danabaş. Muxtar qaçıbdır, gözlәndiyi üzrә polis müdaxilә edib, Kәrbәlayı Hümmәtәli tutuldu. Qoçbalakişinin qanını almaq vәzifәsi qardaşı Hәsәnqulunun boynuna düşür.

Danabaş. Bu gün alınan teleqraf xәbәr verir ki, dünәn kecә saat 9-da Muxtar çәpәrlәrin dibindә güllә ilә öldürülübdür. Hәsәnqulu kәnddәn qaçdığına görә, zәnn edirlәr ki, Muxtarı öldürәn odur.

Muxtarın qanını almaq vәzifәsi Muxtarın әmisi oğlu Sәfiyarın boynunadır.

Danabaş. Kәrbәlayı Hümmәtәli ilә Qoçbalakişinin arasında müharibәyә sәbәb olan çil toyuğu dünәn gecә saat 12-dә çaqqal aparıb yeyibdir.

Bu xәbәr bütün kәnd әhlini tәşvişә salıbdır. Toyuqların әmin-amanlığı tәrәfindәn böyük nigarançılıq vardır. Qәrar qoyulub ki, gecәlәr itlәri zәncirdәn buraxıb açıq saxlasınlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG