Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:32
Gənc fəal Elnur Məcidliyə qarşı qaldırılan cinayət işi ilə bağlı şahid qismində Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağrılanlar var.

Aprelin 4-də Demokratik İslahatlar Partiyası Gənclər təşkilatının sədri Ramin Hacılı adı çəkilən idarədə olub. Ona Elnur Məcidliyə qarşı başlanan cinayət işilə bağlı bəzi suallar verilib.

Bundan başqa Respublikaçı Alternativ (ReAl) Birliyinin həmtəsisçisi, hüquqşünas Erkin Qədirli, «Gənclər Klubu» İctimai Birliyin sədri Zaur Əkbər, Siyasi və Mülki Hüquqların müdəfiəsi Mərkəzinin rəhbəri Pərviz Həşimli və AXCP sədrinin müşaviri Asif Yusifli isə aprelin 5-ə istintaq idarəsinə çağırılıblar.

Hazırda Fransada yaşayan gənc fəal Elnur Məcidli sosial şəbəkələrdə «11 mart-Böyük Xalq Günü» və «2 Aprel-Böyük Qəzəb Günü» aksiyalarının təşkilatçılarından biridir. O, Cinayət Məcəlləsinin 281-ci maddəsi ilə (Dövlət əleyhinə yönələn açıq çağırışlar) ittiham olunur.

Elnur Məcidli ona qarşı irəli sürülən bu ittihamları özünə qarşı «mənəvi terror» adlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG