Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:19
(Bir "intelligentin" xәyalı)

Pah-pah, duma yaxınlaşır! Görәsәn bizlәrdәn kimi seçәcәklәr! Allahın altında mәni seçәydilәr! Nә tövr edim ki, mәni seçsinlәr? Nә kәlәk qurum? Kimi "padkupit" elәyim....

Ox! Ölmәzdim bir o günü görsәydim ki, mәn dumaya deputat seçilib, "Peterburq" deyibәn gedirәm!... Deyirlәr ki:

Dәrin dünya kәsi biqәm nә başәd.

Әgәr başәd, bәnn-adәm nә başәd.

Amma yox! Mәnciyәzi dumaya vәkil seçsinlәr, әgәr desәm ki, bir qәmim var, atam mәnim şeytan olsun! Zarafat deyil, canım! Dumada vәkil olmağın bir gör necә lәzzәti var. Әvvәla, budur ki, bu murdar, zәhlәtökәn, nühus vәhşi yerdәn çıxıb gedib, Peterburq kimi obrazovannı yerdә oturursan; qulaqların pis-pis müsәlman sözü eşitmir, gözlәrin pis-pis müsәlman üzü görmür. Әşi bu xaraba qalmış yerdә mәnim kimi adamlar bir az çox qalsa, vallahı ki, çәrlәr, dәrd-vәrәm gәtirәr! Adam hәr yerdә vәhşilik, qanmazlıq gördükcә, ermәnilәrin, rusların yanında lap әriyib yerә keçir! Gündә görürsәn iznakomılarım mәnә deyirlәr ki, "posluşay, Qasanbek Camalıç! Bu müsәlmanlar qәribә vәhşidirlәr! Deyirәm, canım, doğrudur. Deyirlәr ki, "yey, boqu, sizin müsәlmanlardan adam olmayacaqdır. Nahaq yerә sairlәrә dә meşat elәyirlәr. Yaxşı olardı ki, bunları Amerika vәhşilәri kimi qırıb qurtaraydılar"!. Deyirәm, vallah, onda mәn çox sevinәrdim vә sizә dә çox blaqadarit elәrdim. Hanı bir elә iş....

Qәrәz ... hә, bu belә! Bu bir lәzzәt ki, bu xarabadan çıxıb bir az qulağı dinc olarsan.

İkinci odur ki, böyük bir ad qazanarsan. Yevropada, Rusiyyәtdә vә hәr bir abrazovannı yerdә sәnә hörmәt elәrlәr ki, dumaya çilensәn, adını qәzetlәrdә yazarlar, sәnin barәndә hәr yerdә danışarlar, xülasә, bilәrlәr ki, bәli, sәn dә dünyada varsan.

Üçüncüsü budur ki, sәnә orada hәmişә, allahın verәn günü on dәnә manat nәğd pul verәcәkdirlәr ki, heç yatsan da yuxuna girmәzdi! Bir vaxt var idi ki, mәn ayda on manat pul alıb, yazı yazmaqdan belim bükülmüşdü. Elә indi dә gündә ikicә manat pul alıram. Amma orada mәnә verәcәkdilәr gündә on manat pul! Özümün dә işim bu olacaqdır ki, gedib padşah imarәtindә kamali-istirahәtlә әylәşib, vәzir-vәkilәrin danışığına qulaq asacağam. Güni-yovmiyyәdә on dәnә manatımı alıb, dolduracağam cibimә. İndi iş buradadır ki, mәn bu on manatdan hәr gün xәrclәyәcәyәm, ha, çox xәrclәsәm, manat yarım, nu, iki manat, cibimdә qalacaqdır düz sәkkiz manat. Gündә sәkkiz manat pul, ayda elәr düz iki

yüz qırx manat.

İndi fәrz elәyәk ki, mәsәlәn, altı aydan sonra yenә krayni partiyalar dәlәduzluq edib, dumanı dağıtdırdılar. Onda iki yüz manat pul altı aydan sonra elәr neçә manat? Altı dәfә iki yüz, elәsii min iki yüz, altı dәfә dә qırx, elәsin iki yüz qırx, o da min iki yüz--elәr düz min dörd yüz qırx manat! Bu mәndәn ötrü çox puldur. Allah bәrәkәt versin, min dörd yüz qırx manat da az pul deyil! Mәn bu pulu banka versәm, ölәnәtәn mәni rahat görәr!!!. İndi bәlkә dumanı bir il qovmadılar, yainki lap tamam beş il qaldı! Әkәr bir il olsa, bu min dörd yüz qırx manat elәyәr; iki il olsa, iki min sәkkiz yüz hәştad manat; amma beş il olsa, vay allah! Bәdәnim tәrlәyir. On dörd min dörd yüz manat pul elәr!!!. Onda di gәl, mәnim keyfim, gәl!!!. Sobstveni dom, sobstvenni ekipaj, saderjanka, quvernanka, elektriçestvo. Yevropa, muzıka, pah atanla yeri, adam fikir elәdikcә әndamı tәrlәyir! Yox, canım boğazıma gәlsә dә gәrәk çalışam ki, dumaya mәni seçsinlәr, yoxsa vallahi ki, burada qalsam bağrım çatlar!.

Doğrudur, kişinin bağrı çatlar!

Günün bütün mövzuları

XS
SM
MD
LG