Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:42

Üzeyir bəy Hacıbəyli. Duma-Quba meydanı


Bu keçәnlәrdә İrәvandan bir kağız almışdım, mәzmunu belә idi: ay Filankәs, ayıb deyilmi ki, bizim camaatı yoldan çıxarırsan! Mәn dә cavabında yazıb soruşdum ki, balam, nә qayırıram?

Cavabında kağız gәldi ki, bәs, hә, "İrşad"ın bilmirәm hansı nömrәsindә yazmışdın ki, ey müsәlmanlar, olmaya-olmaya ermәniyә, urusa qatışıb, dumaya filan adamı göndәrәrsiniz. Bizim adamlarımız, uşaqdan tutmuş böyüyә kimi, sәnin bu sözlәrini oxuyan tәki seçki kağızlarını cırıb ketdilәr hamama. Balam, allah sәnә insaf versin!

İndi mәn bu kağız yazana deyirәm ki, çox әcәb, çox gözәl, indi hәrgah, sәn doğrudan da zirәk uşaqsansa, bir mәnә söylә görüm, srağa gün Dövlәt duması tәrәfindәn gәlәn teleqramı oxumusanmı?

Hәrgah oxumamısansa, buyur, indi oxu, yazırlar ki, Bakı camaatı tәrәfindәn seçilib gәlmiş Mahmudov bir o qәdәr camaatdan hәya elәmәyib lap oturduğu yerdә birdәn-birә meydanә çıxıb başladı ki, ay әsl millәt nümayәndәlәri, Stolıpin özü götürüb qoyduğu adamlar ilә işim yoxdur, mәn sizә üzümü çöndәrib....

Teleqrafı yazan adam and içir ki, elә Mahmudov bunu demişdi ki, dumada bir vurçatlasın düşübdü ki, gəl tamaşa elә. Biri әl çaldı, biri mil durdu, biri dedi ki, "mәn zarafat filan sevәn adam deyilәm".... Qәrәz, nә başını ağrıdım, Dövlәt duması döndü Bakının Quba meydanına, ağzı deyәni qulağı sәs eşitmirdi. Bunun da hamısına sәbәb Mahmudovun meydana çıxıb urusa, ermәniyә qoşulmağı idi.

Indi sәn insafın, bircә mәnә söylә görüm, bu biabırçılıq nәyә dәyәrdi? Bircә de görüm, heç müsәlmana yaraşan işdimi ki, Mahmudov görüb?! Orada öz-özünü nahaq yerә biabır elәdi vә cәmi yer üzündә olan müsәlman mәxluqunun üzünü qızartdı, göburnat yanında başıaşağı elәdi.

Axı sәn sözdür danışırsan, amma heç danışığının dalını, qabağını fikir elәmirsәn. Sәn özün çox gözәl bilirsәn ki, bir müsәlman bu gün, mәsәlәn, durub bir pristava, ya bir naçalnikә ikiqat baş әyib "izdirasti" deyәndә, naçalnik, ya pristav lamәhala bir iki kәlmә danışıb deyirdi ki, "paşol von". Yazıq müsәlmanın da ürәyi şad olub, düşәndә fәxr elәyirdi ki, bәli, "ağa"nın iltifatı kәm deyil. Amma bundan sonra ... hünәri var, bir müsәlman gedib naçalnikә "izdirasti" desin. And içirәm ki, bu sәfәr naçalnik Heç "paşol von" da demәyib, onu da bizdәn ötrü çox görәr!

Odur ki, deyirәm axı mәn bilәni siz bilmirsiz. Әvvәldәn mәnim haray döydüyüm, fәryad elәdiyim elә bu idi ki, ey müsәlmanlar, aman günüdür, yerinizdә farağat oturun. Biz müsәlman güruhunu hökumәt qabağında xәcil vә şәrmәndә elәmәyin, yoxsa bir kün olar ki, allah köstәrmesin,- cәmi verdiyini tutub geri alar!

Amma mәn nә qayırım? Müsәlmanlarda ittifaq yox, ittihad yox, İrәvan camaatı mәnә qulaq asdı, amma Bakı quberniyası sözümә mәhәlgüzar olmadı. Odur ki, indi bir Mahmudovun üstündә bütün müsәlmanlar qaradavoydan tutmuş ministrә kimi hamısının qabağında rüsvay olub getdilәr!... Ta bundan sonra heç nә! Bundan sonra bizim işimiz qaldı bir allaha!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG