Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:55
Üzündәn-gözündәn qәdimlik yağan qoca bir kәndli şәhәrә gәlibdir, deyir: "Sudda işim var". Oğlunun üstünә böhtan atıb, qazamata salıbdılar....

Soruşuram: "Әmi, oğluna nә üstә böhtan atıbdırlar? Deyir: "A başına dönüm, beynim xarab olub, sağ baş saxlamaq çәtindir.... Lap nahaq yerә bir gәdәmizi öldürübdülәr.

-- Nә üstә?

-- Heç nә! Mәnim oğlumu işә salmaq üçün.

-- Axı, nә tövr?

-- Belә, a başına dönüm, qoy әvvәlcә sәnә bir mәsәl çәkim. Bir qoca quzğun qayanın başında oturmuşdu. Bu yandan bir qaraquş şığıyıb gәldi bunun yanına. Dedi: "Ey quzğun baba, siz neçә il yaşayırsız? Dedi: "Yüz il!" Qaraquş tәәccüb elәdi. Dedi: "Amma, bizim ömrümüz bir il, iki il çәkir...." Bunlar bu söhbәtdә idilәr ki, göydә bir qırqovul göründü. Bunu görәn kimi, qaraquş birdәn güllә kimi qopdu, o saat qırqovulu aldı vә elә bir hücumla yerә şığıdı ki, qaratikan koluna düşüb, bütün tikanlar әtinә pәrçim oldu. Quzğun başını uzadıb baxdı, gördü ki, qaraquş can verir. Yavaşca qayadan enib yanına gәldi vә qırqovulu onun caynağından alıb, oturdu yemәyә vә qaraquşa dedi: "Bu zәrbi-zәng ki, sizdә var, bir ilә dә yaşamağınız çoxdur".

İndi, başuva dönüm, bizim cavanlarımızda dinclik yoxdur. Ora soxulurlar, bura soxulurlar, min işә qarışırlar. Axırda da görürsәn ki, tәlәyә düşüblәr. Di gәl, bunları bu tәlәdәn qurtar. Mal qalmır, çul qalmır, hamıcığaz gedib, yurdun yox olur. İndi budur, iki dәfәdir ki, oğlum qazamata düşür.... Ora-bura çapmaqdan daha hәlak olmuşam.... Olub qalanım da tәrk olubdur.

--Yaxşı, genә bilmәdim ki, oğlunu nә üstә qazamata salıblar.

-- A başuva dönüm, bizim oğlan ilә allah evini yıxmış bәyin arasında söz olmuşdu. Dedim: "Oğlum, o bәy, sәn rәiyyәt! Bax, nәçәrnikdәn tutmuş yasavula kimi hamısı onunla iznakom, amma, sәn tәk gedәsәn. Qoy camaat bilәr, divan bilәr, bәy bilәr, sәn qatışma! Nә borcun! (....) Atılıb düşmәyimiz nahaqdır. Otur yerindә, bir parça çörәyin var, ye! Bax, mәni görürsәnmi? Altmışdan çox yaşım var. Başın haqqı, bir kәrә dә divan әlinә düşmәmişәm. Tәk bircә kәrә, onda da elә sәn kimi cavan oğlan idim, pristav mәni döydürüb, onda da tәqsir mәndә deyildi. Çәr dәymiş qara yabım var idi, tәqsir onda oldu.... Pristav mahala çıxmışdı, mәn dә bazardan qayıdırdım. Daldan yasavullar çığırdılar ki, yoldan çıx! Ha tәkan vurdum, ha elәdim, qara yabı tәrpәnmәdi ki, tәrpәnmәdi. Daldan yetişdilәr, bir qamçı mәnә, bir qamçı yabıya! O qәdәr vurdular ki, kötük kimi oldum.

-- Yaxşı, bәs oğlunu nә üstә qazamata salıblar?

-- Hә, budur deyirәm, dayna(....) Bәy mәnim oğluma söydü. Bu da belә oldu; әrkәsöyün böyümüş oğlandır, söz götürmәdi, qayıtdı bәyә cavab verdi. Bәy pristava dedi, pristav da onu tutub döydürdü vә dama saldı.... Getdim bәyә yalvardım, mәni qovdurdu, getdim pristavın yanına, yalvardım-yaxardım, xanı gördüm, xәrc qoydum, oğlumu çıxartdırdım. Danladım--dansadım, dedim: "Oğul, farağat otur, oğlum, farağat otur!", olmadı. Günlәrin bir günü Mәhәmmәd evdәn çıx, get arxın üstünә. O yandan da bәyin nökәri at suvarsın. Birdәn bәyin nökәri o yandan qayıt ki, hә, gördün adamın başına nә oyun gәtirәrlәr! Mәhәmmәd dә bu yandan qayıdasan ki, sәnin bәyin dә belә-belә olsun, özün dә! Hәlә, deyәsәn, buna bir ağac! Başına, gözünә.... Qәrәz, o ki var, döyür. Mәnә dә bir söz demir.... Başuva dönüm, axşam Mәhәmmәd bizim gәdә ilә malı rahatlayırlar. Birdәn eşitdik "part" bir güllә açıldı. Dedim Mәhәmmәdi öldürdülәr. Özümü çölә tәpdim. Gördüm gәdәmiz yıxılıb, Mәhәmmәd dә çәpәrdәn atılıb yüyürür. Başuva dönüm, qırğı kimi özümü atdım Mәhәmmәdin dalınca. Yapışdım әtәyindәn sürdüm evә sarı. Arvad-uşaq da bir-birinә qarışıb, gәdә dә can verir.... Allah rәhmәt elәsin!...

-- Gәdәni kim vurdu?

-- Belә, bәyin nökәri. O, zahirәn gәlir ki, Mәhәmmәdi vursun, allahdan olan kimi, Mәhәmmәdә dәymәz, yazıq gәdәyә dәyәr. Görünür, әcәli tamam imiş.... Sәhәr divan gәldi. Tutdular ki, gәdәni öldürәn Mәhәmmәddi. Bәyin nökәrlәri gәldilәr, üzә durdular ki, Mәhәmmәd gәdәni öldürdü.... Tutdular Mәhәmmәdi saldılar dama....

-- Yaxşı, nökәrlәrә and içdirmәdilәrmi?

-- Elә onu deyirәm, dayna! Başına dönüm.... Sudda on beş şahid hamısı yalandan Qurana and içdilәr ki, gәlәni öldürәn Mәhәmmәd idi.

--Yaxşı, bәs onlar qorxmadılar ki, yalandan Qurana and içirlәr?

-- Mındar-mındar and içmişdilәr.

-- Neçә yәni mındar-mındar?

-- Mındar-mındar Qurana and içәn, Quran adama qәnim olmaz!... İndi budur, sud hәlә qurtarmayıbdır. Vәkil tutmuşam, görәk işi nә tövr qurtaracaqdır....

-- Bura bax, a kişi, vәkil tutduğun adama söylә ki, o, şahidlәrә sudun içindә cinayәt qüslü verdirsin! Mәnim sәnә mәslәhәtim budur--deyib getdim.

Günün bütün mövzuları

XS
SM
MD
LG