Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:14
Elә ki, Tәbriz "guruldadı", Әmir Bahadır Cәng başı lovlu yüyürdü Şeyx Fәzlullahın yanına. Şeyx bunu görüb qorxdu vә dedi:

--Ya Әmir! Bu nә pәjmürdә haldır, әhvalın nә üçün belә pәrişandır? Onda Әmir Cәng әlini qulağının dibinә qoyub bir Qarabağ şikәstәsi çağırdı vә dedi:

Bağda gülüm sıx-sıxdı,

Düşmәn vurdu, dost yıxdı.

Belә boynu sınmış Eynüddövlә

ay Şeyx Fәzlullah.

Çürük qoz kimi boş çıxdı.

Şeyx hәzrәtlәri bu xәbәri eşidәn kimi qәlbindәn bir ah çәkib, o da әlini qulağının dibinә qoyub, cavabında bu bayatını oxudu:

Mәn aşıq o kәndә dә,

Belә o kәndә dә, bu kәndә dә,

Sәni görüm belin sınaydı

Sәttarxanı әkәn dәdә.

Bu әsnada bir neçә Tehran qırmızı saqqalları Әmirlә Şeyxin bu sәdalarını eşidib, yüyürüb gәldilәr vә soruşdular ki, aya nә vaqe olubdur. Vә elә ki, әhvalatdan xәbәrdar oldular, haman dәm onlardan biri әlini qulağının dibinә qoyub çağırdı:

Saraya bax, Saraya,

Sarı köynәk Saraya,

Bir tez şaha deyin ki,

Lyaxov getsin haraya!

Lyaxov kәnarda durub gәzinirdi. Birdәn bu yığıncağı, görüb gәldi ki, dağıtsın, amma әhvalatdan xәbәrdar olub, әlini qoydu qulağının dibinә vә rusca bu cürә bir şikәstә çağırdı:

Ya persidskiy ataman,

Başım Rusiyyәt, ayağım Tehran,

Gör bir Tәbrizi saxlaya bilmәdi,

Ax tı svoloç, Rәhim xan!

Tamam üç gün bunlar yas saxlayıb, qara geydilәr vә çoxlu şikәstә dedilәr. Axırı gördülәr ki, Mәrәnddәn bir teleqram gәlibdir. Hamısı yığıldılar Әmir Cәngin başına vә dedilәr: "Sәn allah, tez oxu, görәk nә yazılıbdır, bәlkә bir qәdәr tәskinlik ola." Әmir Cәng teleqramı açıb oxudu vә Şüca Nizamın oğlu tәrәfindәn yazılıbdır:

Obamızdır dalı dağın,

İnәk göndәrdim, onu sağın.

Burada Әmir Bahadır soruşdu ki, inәk gәlib çıxıbdırmı? Dedilәr xeyr, hәlә bir dalısını oxu! Әmir dalısıni oxudu:

Belә evimizdә bir bomba partladı,

Dәdәm oldu darbadağın,

Ravi and içir ki, burada camaatın arasına bir şivәn düşdü, bir vurçatlasın qalxdı ki, qulaq tutulmağa gәlirdi. Hәr kәs teleqrafxanaya yüyürüb tanış vә aşnalarına tel vurdular ki, onların adına heç bir pasılka göndәrilmәsin. Çünki kağızın dalında yazılmışdı ki, bomba pasılkanın içindәn çıxmışdı. Sonra Әmir Cәng handan-hara özünә gәlib ağlaya-ağlaya bir teleqram yazdı vә göndәrdi ki, Mәrәnddә Şüca Nizamın qәbri üstә oxusunlar. Teleqram belә idi:

Dәryada gәmim qaldı,

Biçmәdim, zәmim aqldı.

Yoldaşların ora-bura qaçdı, sәn dә ki, öldün,

Bәs mәnim kimim qaldı?!

Aşıq deyir qәzet müxbirlәrindәn birisi İran işlәrinә çox yaxşı bәlәd olan bir adamla danışıb deyibdir ki, İrandan ağlın nә kәsir? İrana yaxşı bәlәd olan adam әvvәlcә başını bulayıb, sonra әlini qulağının dibinә qoyub müxbirә belә cavab veribdir:

Dәvәyә mindim xoruldadı.

Yola çıxdım yorulmadı,

Әgәr işlәr belә getsә,

Onda İran guruldadı.

Aşıq bisavad olduğuna görә mәn qol qoydum.

Günün bütün mövzuları

XS
SM
MD
LG