Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:40

Sünnət mərasimi təşkil edən prezident oğlu


İmaməli Rəhmanov və onun oğlu Rüstəm Rəhmanov
İmaməli Rəhmanov və onun oğlu Rüstəm Rəhmanov

SÜNNƏT MƏRASİMLƏRİ


«Bu gün Tacikistanın paytaxtı Düşənbədə xeyriyyəçilik mərasimi keçirilmişdir». Martın 29-da Tacikistanın Dövlət Televiziyası efirə bu xəbərlə çıxmışdı. Belə ki, Tacikistan prezidentinin oğlu Rüstəm İmaməli taciklərin sevgi və rəğbətini qazanmaq üçün gənclərin sünnət mərasimini təşkil etmişdi.

Uşaqların sünnət edilməsi İslam ənənəsidir. Amma Rüstəm İmaməli belə «məclislər» təşkil etməklə özünü xalq üçün nümunə göstərmək və sevilmək istəyir.

Tacik Televiziyası qeyd edir ki, kütləvi sünnət mərasimləri qanunlara uyğun, ənənə və ayinilərə riayət edilərək həyata keçirilir.

Beləliklə, prezidentin 22 yaşlı oğlu kütləvi sünnət mərasimi keçirməklə əhalinin rifahını qaldırmaqla, prezidentin göstərişlərini də yerinə yetirir.

İNSANLIĞIN YÜKSƏK NÜMUNƏSİ

Sünnət edilən uşaqların valideynləri Rüstəm İmaməlinin bu «işini» insanlığın yüksək nümunəsi kimi dəyərləndirir.

Rüstəm İmaməli
Rusiyanın «Regnum» agentliyi xəbər verir ki, keçən ilin noyabr ayında Rüstəm İmaməli paytaxtın «İstiqol» futbol klubunun rəhbəri olub. «Regnum»un məlumatına görə, «İstiqol» ölkə futbol çempionatının qalibi olub.

Bir neçə həftə öncə Rüstəm İmaməlinin Tacikistan Futbol Federasiyası vitse- prezident təyin edilməsi çoxları üçün sürpriz olmayıb.

Ancaq Rüstəm İmaməli kütləvi sünnət mərasimlərinin peşəkar təşkilatçısı deyil, o heç peşəkar futbolçu da deyil. O Tacikistan Gömrük Xidmətində gömrük tənzimləmələrinin və qaçaqmalçılıqla mübarizə departamentinin rəhbəri kimi işləyir.

SİYASİ VARİS...

Bütün bu təyinatlardan əlavə martın 25-də 22 yaşlı Rüstəm İmaməli Düşənbə şəhərinin bələdiyyəsi də təyin edilib.

Rüstəm İmaməli tez- tez atasının siyasi varisi kimi göstərilir.

Amma bütün bu vəzifələrə baxmayaraq, martın 29-da Rüstəm İmaməli uşaqların sünnət mərasimi təşkil edib. Sünnət mərasimi ilə bağlı dövət televiziyasının xəbərində «50 uşağa xüsusi mükafatlar verildiyini və mərasim zamanı uşaqların xoşbəxt» olduğu deyilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG