Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:45

Rusiyada hər 5 nəfərdən 1-i «gizli» çalışır


«Kölgə iqtisadiyyatı»nda təxminən 13 milyon insan işləyir

«Kölgə iqtisadiyyatı»nda təxminən 13 milyon insan işləyir

Rusiyada işləyən əhalinin hər 5 nəfərdən 1-i demək olar ki, «kölgə iqtisadiyyatı»nda, yəni, heç bir əmək müqaviləsi olmadan çalışır. Ya da vergi ödəmir.

Bunu Rusiya Dövlət Statistika İdarəsinin rəhbəri Aleksandr Surinov deyib.

«Siz bunu «qeyri-rəsmi əmək bazarı» və «əmək müqabilində edilməyən ödənişlər» də adlandıra bilərsiniz. «Kölgə iqtisadiyyatı»nda təxminən 13 milyon insan işləyir. Bu da iqtisadi cəhətdən fəal əhalinin 17-18 faizi deməkdir».

Dövlət Statistika İdarəsinin rəhbəri bildirib ki, Rusiyada «kölgə iqtisadiyyatı» ölkənin ümumi daxili məhsulunun təxminən 16 faizini təşkil edir. Bu rəqəmə hələ fahişəlik, narkotik ticarəti, pornoqrafiya və piratçılıq kimi qanunsuz sahələrdə işləyənlər daxil edilməyib.

AZƏRBAYCANDA UÇOTA ALINMAYAN (QEYRİ-RƏSMİ) İQTİSADİYYATIN HƏCMİ ÜMUMİ DAXİLİ MƏHSULUN TƏXMİNƏN 9%-İ SƏVİYYƏSİNDƏDİR.

Bunu isə martın sonunda Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib.

Rövşən Ağayev
«Məsələn, bunlar evdə çörək bişirib satanlar, təmir işləri ilə məşğul olanlar, şagird hazırlaşdıranlar və s.-dən ibarətdir ki, onları da uçota almaq qeyri-mümkündür», - A. Vəliyev deyib.

Bu ilin ilk 9 ayında Azərbaycanda 29.3 mlrd. manat həcmində ümumi daxil məhsul istehsal edilib. «Kölgə iqtisadiyyatı»nın həcmi təqribən 2.6 mlrd. manat təşkil edib.

İqtisadçı-ekspert Rövşən Ağayev isə deyir ki, Azərbaycandakı vəziyyət Rusiyadakından daha pisdir:

«Hökumət 9 faiz deyir, bundan əvvəl 10 faiz deyirdi. Rusiya hökuməti deyir ki, hər 5 nəfərdən 1-i «kölgə iqtisadiyyatı»na çalışır. Azərbaycanda isə vəziyyət daha pisdir. Azərbaycanda hər 3 nəfərdən 1-i vergi və sosial ödəniş həyata keçirmədən işləyir. Düzdür, hökumət onların adını sərbəst məşğul əhali qoyub, haradasa 30 faizə qədər insan sosial sığorta uçotundan kənarda qalır».

Günün bütün mövzuları

XS
SM
MD
LG