Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:32

Fil Dişi Sahilində yüzlərlə cəsəd var


BMT-nin baş katibi Ban ki Mun beynəlxalq ictimaiyyətin seçilmiş prezident kimi tanıdığı Alasan Uatarı Fil Dişi Sahilində kütləvi qətlləri araşdırmağa çağırıb. Məlumatlara görə, Düekue şəhərində qarşıdurma iştirakçısı olan yüzlərlə adamın cəsədi var. Uatar bildirib ki, onun tərəfdarları qətllərdə iştirak etməyib.

Abican şəhərində isə seçilmiş prezident Alasan Uatarın tərəfdarları ilə prezidentlik postundan getmək istəməyən Loran Qbaqbonun tərəfdarları arasında döyüşlər davam edir.

Bazar gün fransalı hərbçilər Abican beynəlxalq aeroportunu nəzarətə götürüblər.
XS
SM
MD
LG