Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:16

Həsən Kərimov Azərbaycanda müalicə olunmaq istəmir (VİDEO)


AZƏRBAYCANI TƏRK EDƏCƏM...

«Müəyyən tibbi proseduru keçən kimi xaricdə əməliyyat olunmaq üçün Azərbaycanı tərk edəcəm. Azərbaycan hakimiyyətinin mənə münasibətdən xəbərdar olduğum üçün burada müəlicəni davam etdirməyi özümə rəva bilmirəm».

Bunu AzadlıqRadiosuna hazırda 4 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsində olan AXCP Ali Məslisinin sədri Həsən Kərimov deyib. İndi onun vəziyyəti sabitdir. Müalicə olunduğu xəstəxananın tibbi personalından da razı qaldığını bildirir. «Baş həkim şəxsən tez-tez mənə baş çəkib vəziyyətimlə maraqlanır. Buradakı həkimlərdən razıyam. Yəqin ki, sabah xəstəxanananı tərk edib müalicəni öz şəxsi həkimimin nəzarəti altında davam etdirəcəm. Ondan sonra da Türkiyəyə yola düşəcəm».

Həsən Kərimov deməsinə görə, aprelin 2-də, İctimai Palatanın mitinqi başa çatdıqdan bir qədər sonra AXCP üzvlərinin birinin mənzilindən qapı sındırılaraq zorla Səbail rayon Polis İdarəsinə aparılıb. Orada 3-cü dəfə infarkt keçirdib. Həsən Kərimov polis idarəsində rəisin onu pis söyüşlərlə təhqir etdiyini deyir.

Səbael rayon Polis İdarəsindən isə Həsən Kərimovun dediklərinə münasibət bildirmədilər.

QARA PİAR KAMPANİYASI HƏMİŞƏ MÜŞAHİDƏ EDİLİR


DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə deyilənləri polisin nüfuzuna və işgüzar imicinə kölgə salma, və xələl gətirmə cəhdi kimi qiymətləndirir:

«AXCP-yə yaxın media, eləcə də bu partiyanın funksionerlərinin çıxışlarında ünmümilikdə iqtidara və polisə qarşı inamsızlıq yaratmaq cəhdləri, buna hesablanan qara piar kampanıyası həmişə müşahidə edilir. Çox təəssüf ki, son qanunsuz aksiyada da guya polisin vətəndaşlara qarşı aşırı güc tətbiq etməsi və kobud rəftarı barədə iddialar yer almaqdadi. Həsən Kərimovun guya mənzilin qapısı sındırılaraq zorla idarəyə aparılması və orada təhqir olunması barədə dediyi qərəzlı fikirlər də bu qara piar kampaniyasının tərkib hissəsidir. Onun Səbail Rayon polis idarəsinin rəisi tərəfindən təhqir və təzyiqlərə məruz qalması barədə dedikləri də yalan və böhtandır. Polis rəisi Həsən Kərimovla heç görüşməyib».

Orxan Mansurzadə əlavə edir ki, müvafiq söhbət üçün Həsən Kərimovun Səbail Rayon Polis İdarəsinə aparılması heç bir zor tətbiq etmədən, qanuna uyğun şəkildə həyata keçirilib. İdarədə onunla söhbət zamanı qəflətən halı xarablaşıb. Həkim çağırılıb və ona ilk təcili yardım da məhz polis idarəsində göstərilib. Sonra da həkimlərin məsləhəti ilə xəstəxanaya yerləşdirilib.

PARTİYA ÜZVLƏRİ HƏSƏN KƏRİMOVLA GÖRÜŞÜB

Aprelin 3-də sosial şəbəkələrdə Həsən Kərimovun sağlıq durumu ilə bağlı müxtəlif şaiələr yayılmışdı. Bu səbəbdən AXCP fəalları Həsən Kərimovun saxlandığı 4 saylı xəstəxananın qarşısına toplaşmışdı. Hadisə yerində olan əməkdaşımız Səadət Akifqızı deyir ki, bu partiyanın sədri Əli Kərimli israrla Həsən Kərimovla görüşməyi tələb etdi və onunla görüşə bildi.

Aprelin 3-ü səhərdən, günorta saatlarına kimi polis Həsən Kərimovla görüşə icazə vermirdi. Onun polis nəzarətində müalicə olunduğu bildirilirdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG