Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:08

«Əliyev Bakıya qayıdan kimi sülh planından geri çəkilməyə başladı»


Thomas de Wall

Diplomatiyada an hər şeydir. Bu açıq həqiqət məni yenidən Key Vestdəki Qarabağ danışıqlarının onuncu ildönümünə qaytardı. Florida ştatının bu şəhərində ABŞ Azərbaycan-Amerika arasında Dağlıq Qarabağ problemini həll etmək üçün böyük səy göstərmişdi.

Ümidverici başlanğıcdan sonra hər şey alt-üst oldu. Onda Azərbaycan prezidenti Heydər Əliyevin (onu bu görüşdə oğlu müşayiət etmişdi) səhhəti zəifləmişdi və Bakıya qayıdan kimi sülh planından geri çəkilməyə başladı. Hər iki lider öz sövdələşmələri ilə bağlı xalqlarını hazırlamaq üçün heç bir şey etmədi.

Martın 28-də Key Vestdəki danışıqlara rəhbərlik edən Carey Cavanaugh Beynəlxalq Sülh Carnegi Fondunda mənim də qatıldığım tədbirdə bu danışıqlar barədə danışdı. Cavanaugh israr etdi ki, Qarabağda sülhlə nail olmaq üçün o vaxtkı vəziyyət daha əlverişli idi, nəinki indi. İki prezident Robert Köçəryan və Heydər Əliyev arasında yaxşı işgüzar münasibətləri vardı.

Onlar hansısa əcnəbinin yox, özlərinin üzərində işlədikləri planın konturlarını müzakirə edirdilər. Burda «heç bir beynəlxalq böhranla rəqabət» yox idi və münaqişənin nizamlanmasını maliyyələşdirmək üçün pul tapmaq da asan idi. 2011-ci ildə isə çıxılmaz vəziyyət yaranıb. İndiki Azərbaycan və Ermənistan prezidentləri vaxtı uzadırlar və son altı ildə açıq-aşkar ortada olan - gələcəkdə referendum vədinin qarşılığında Ermənistan qüvvələrinin Qarabağ ətrafını tədricən boşaltmağını ehtiva edən razılaşmanı imzalamaqdan boyun qaçırırlar. Çünki onların hər biri bu güzəştin onlara böyük təhlükə gətirəcəyindən narahatdırlar.

BOSNİYA DÜYÜNÜ İLƏ QARABAĞ DİLEMMASININ FƏRQİ


Əgər Key Vest Qarabağın qaçırılan «Deyton anı» idisə, fərqlər ibrətamizdir. Bosniya işində Deyton sülhündə rolu olmuş Richard Holbrooke-in vasitəçisi olmadığı Qarabağ üçün çoxlu vasitələri olub.

Srebenikada qırğın təşkil olundu və qurbanları xilas etməyə vaxt olmasa da, ictimai fikri yönəltməyə imkan tapıldı. Gec də olsa, dünya Bosniyanın qayğısına qaldı. Bu müharibə ilə müqayisədə bir çox adamın xəritədə yerini tapa bilməyəcəyi Qarabağda isə 1994-cü ildən atəşkəsdir və bu münaqişəyə səhvən «dondurulmuş» yarlığı yapışdırılıb. Bu illərdə Azərbaycan-Ermənistan cəbhə xəttində ölən gənclərin sayı barədə məlumatlar gizlədilir. Bu münaqişə «yatmış vulkandır», püskürmə deyil ki, bütün gözləri böhrana çevirsin.

Richard Holbrooke Bosniya böhranı ilə bağlı beynəlxalq diqqəti mümkün resurslara yönəltməyi bacardı. Əlbəttə, bunların hamısı heç də Amerika resursları deyildi. Avropa Birliyi münaqişənin nizamlanması üçün «xəzinədar» oldu. ABŞ Bosniyaya hərbi missiyanın hissəsi kimi qoşun göndərdi.

«BİZİM BU MÜBARİZƏDƏ NƏ İTİMİZ AZIB»

Hər halda Holbrooke «Müharibənin sonu» adlı memuarında iki amerikalı məmurun onunla necə danışdığını nəql edir: «Bizim bu mübarizədə nə itimiz azıb» - ona deyilib. Holbrooke Vaşinqton rəsmiləri arasında da Dayton sülhünə nail olmaq üçün kifayət qədər güclü beynəlxalq mandat almaqdan ötrü mübarizə aparıb. Yenidən Qarabağ münaqişəsinin nizamlanmasındakı maraqları müqayisə edək. Hazırda hər iki tərəfdən 20 mindən çox qoşunla qorunan onlarla km uzanan atəşkəs xətti altı ATƏT müşahidəçisi tərəfindən monitorinq edilir. Ermənistan və Azərbaycan artıq heç kəsin, hətta Rusiyanın da prioriteti deyil. Burda sülhün bərpası üçün resurslar tapmaq çox çətin olacaq.

AZƏRBAYCAN İNDİ HEÇ RUSİYANIN DA PRİORİTETİ DEYİL


Hələ müqayisənin üçüncü tərəfi daha maraqlıdır. Birləşmiş Ştatların Qərbi Balkanlarda heç bir strateji marağı yox idi. Qarabağa gəldikdə isə, bu bölgə həm də şimaldan Rusiya və Gürcüstanla, qərbdən Türkiyə, cənubdan İranla sərhəddir. Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşüb. Azərbaycan Əfqanıstan məsələsində aparıcı rol oynayır. Bunlardan əvvəl biz hətta Erməni-Amerika icmasının Vaşinqton siyasətində tutduğu yeri xatırlada bilərik.

Başqa sözlə, obyektiv desək, bu münaqişə ABŞ üçün Bosniyadan daha mühüm əhəmiyyət daşıyır. Hələ hazırda ABŞ-ın Ermənistan və Azərbaycandakı ikitərəfli maraqları münaqişənin həllinə meylsiz olan prezidentləri sülhə məcbur edən əsas faktorlardır. Vaşinqtondakı Ermənistan və Azərbaycan lobbilərinin sülhə yönəltmək Qarabağ nizamlanmasındakı mübarizənin yarısıdır.

Sayta hazırladı: Səadət Akifqızı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG