Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:08

Fukushima-Dayiçi stansiyasından 2 işçinin cəsədi tapılıb


Bazar günü Fukushimo-Dayiçi atom elektrik stansiyasından 2 işçinin cəsədi tapılıb.

Onlar martın 11-də baş vermiş sunamidən sonra itkin düşmüşdülər.

Bu barədə stansiyanı idarə edən Tokio Elektrik Enerjisi Şirkəti xəbər verir.

Hazırda mütəxəssislər qəzalı vəziyyətdə olan reaktorlardan dənizə radiaktiv suyun sızmasının qarşını almağa çalışırlar.

Okeanın 40 kilometrliyində suda radiaktiv maddələrin normadan çox olduğu müşahidə olunur.

Hakim dairələr insan həyatına təhlükə olmadığını və həmin ərazilərdə balıq ovunun qadağan edildiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG