Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:35

Fil Dişi Sahilində hakimiyyət üstündə şiddətli döyüşlər gedir


Fil Dişi Sahilində beynəlxalq aləmin prezident kimi tanıdığı Alasan Ouattaranın (Alassane Ouattara) tərəfdarları ilə hazırkı prezident Loran Gbaqboya sadiq qüvvələr arasında döyüş davam edir.

Həmçinin ölkənin qərbindəki Dyuki şəhərində döyüşlər getdiyi, 1000-ə yaxın adamın öldürüldüyü bildirilir.

Beynəlxalq təşkilatlar insan ölümünə görə, hər iki tərəfin məsuliyyət daşıdığını deyirlər.
ABŞ Dövlət katibi Hillari Clinton Loran Gbagbonu (Laurent Gbagbo təcili hakimiyyətdən getməyə çağırıb.

Amma eyni zamanda qeyd edib ki, hər iki siyasətçini öz vətəndaşlarının təhlükəsizliyinə görə cavabdehlik daşıyır.

Ötın ilin noyabrında Fil Dişi Sahilində keçirilmiş prezident seçkisində Alasana Ouattara qalib gəlsə də hazırkı prezident Gbaqbo hakimiyyətdən getmək fikrində deyil.
XS
SM
MD
LG