Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:52

Əfqanıstanda Quranın yandırılmasına qarşı etirazlar davam edir


Əfqanıstanın Qəndəhar şəhərində amerikalı keşiş Terri Consun (Terry Jones) quranı yandırmasına qarşı etirazlar davam edir.

Amerika və Kərzaiyə ölüm şüarları səsləndirən aksiyaçılar keşişin cəzalandırılmasını tləb edirlər.

Həmçinin Calalabadda eyni tələblə etiraz aksiyası keçirilir.

Şənbə günü Qəndəharda keçirilmiş etiraz aksiyasında 10 adam ölüb.

Bundan bir gün öncə Məzari Şərif Şəhərində keçirilmiş aksiya zamanı BMT-nin yerli ofisinə edilmiş hücumda isə təşkilatın 7 xarici əməkdaşı və azı 4 yerli sakin ölüb.

ABŞ prezidenti Barack Obama Quranın yandırılması, eyni zamanda günahsız insanların öldürülməsini kəskin ittiham edib.
XS
SM
MD
LG